Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, noyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Qobustan, Siyəzən, Hacıqabul, Şirvan, Salyan, Xaçmaz, Şabran, Xızı, Daşkəsən, Ağstafa, Gədəbəy, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Qax, Balakən, Zaqatala, Ağdam, Yardımlı, Lerik, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Yevlax, Bərdə, Tərtər, Tovuzda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Baxış sayı:48
Bu xəbər 15 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















