Icma.az
close
up
RU
Güclü və qüdrətli Türkiyə!

Güclü və qüdrətli Türkiyə!

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil"

Dost, qardaş ölkə olan Türkiyə Cümhuriyyəti müstəqilliyinin 102-ci ildönümünü qeyd edir. Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli Türkiyə 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunaraq 102 ildir ki, müstəqil yaşayır. Siyasətini dünyəvilik, demokratiya kimi prinsiplər əsasında quran Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atıb.

Qeyd edək ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.

Tarixi dövrə nəzər salsaq görərik ki, Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq qərarına gəlir. Belə ki, Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı imperiyası İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərlər 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başlayıblar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başladı, vətən torpaqları düşmən tapdağından xilas edildi. Tarixi zəfərlərlə zəngin olan Türkiyənin zəfərləri sırasında ən önəmli yerlərdən birini tutan 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşı olub.

"APARDIĞI MÜBARİZƏ MƏZLUM MİLLƏTLƏRİN, BÜTÜN ŞƏRQİN MÜBARİZƏSİDİR"

Mustafa Kamal Paşa həmin dövrdə deyirdi: "Türkiyənin bugünki mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir". Mustafa Kamal Paşa tarixi əmrini vermişdi: "Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!" Bu əmri alan qəhrəman türk ordusu böyük bir qələbə həyəcanı ilə irəli atıldı. Türk süvariləri, xüsusilə çevik hərəkətləri ilə uğurlar qazandılar. Aparılan mübarizə və mücadilə uğurlu bir sabahla nəticələndi. Tarixi mənbələrdə qeyd olunur ki, 1923-cü il oktyabrın 23-də Ankara paytaxt elan edildi. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya dəvət etdi və "sabah respublikanı elan edəcəyik", dedi. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-ə təqdim etdi. Həmin layihədə "Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur" sözləri yer alırdı. Parlament həmin qanun layihəsini qəbul etdi və Türkiyə respublika elan olundu. Həmin tarixdən etibarən Osmanlı imperiyası rəsmi şəkildə Türkiyə Cümhuriyyəti ilə əvəzləndi.

"AZƏRBAYCANIN KƏDƏRİ BİZİM KƏDƏRİMİZ, SEVİNCİ BİZİM SEVİNCİMİZDİR"

Dövlətçilik ənənələri olmadan müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq əlbəttə ki, mümkün deyil. Ötən 102 ildə Türkiyə Cümhuriyyəti müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirdi. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən bir millət, iki dövlət səviyyəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana göstərdiyi siyasi dəstək bunun bariz ifadəsidir. Bu məqamda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" ifadəsini xatırlamaq yerinə düşər.

Beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunmuş, həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq".

Ölkə prezidentlərinin 2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafına səbəb olacaq Şuşa Bəyannaməsini imzaladılar. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin gündən-günə genişlənməsində əhəmiyyətli bir sənəddir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan birliyi bu gün nəinki region üçün, dünya miqyasında önəmli amilə çevrilib. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət etməkdədir. Ümummilli Lider Heydər Əliyevin bütün türk dünyasında məşhur olan kəlamı – "Bir millət, iki dövlət" anlayışının gerçək həyatda təcəssümünün şahidi olduğumuz tarixi məqamda Türkiyənin dünyada artan nüfuzu və rolu hər bir azərbaycanlıda qürur hissi yaşadır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır. Bizim xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda, mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi XXI əsrdə bir-birimizin yanımızda olmağımızdır.

KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ "AZƏRBAYCAN" MƏHƏLLƏSİ

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin ən bariz nümunələrindən biridir. 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ 50 mindən çox insanın həyatına son qoydu, yüz mindən artıq insanın xəsarət almasına və böyükmiqyaslı dağıntılara səbəb oldu. Bu ağır günlərdə Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olaraq, əsl həmrəylik və qardaşlıq nümunəsi göstərdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər."

Xalqlarımız bu ağır faciənin kədərini birgə yaşadılar. İlk andan etibarən Türkiyənin kədərinə şərik olan Azərbaycan xalqı "Bir millət, iki dövlət" prinsipinə sadiqliyini əməli şəkildə nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən Türkiyəyə göndərilən axtarış-xilasetmə dəstələri, tibbi heyət, humanitar yardımlar xalqlarımız arasında sarsılmaz birliyin növbəti təzahürü idi. Azərbaycan dövlətinin təşəbbüsü və birbaşa dəstəyi ilə Kahramanmaraş şəhərində qısa müddətdə inşa edilən "Azərbaycan" məhəlləsi ölkələrimiz və xalqlarımız arasındakı birliyin və həmrəyliyin rəmzidir. Həyata keçirilən tikinti işləri nəticəsində 1194 mənzildən ibarət 68 yaşayış binasının, Heydər Əliyev adına müasir ibtidai məktəbin, uşaq bağçasının, mədəniyyət mərkəzi və ticarət obyektlərinin inşası zəlzələdən zərər çəkmiş minlərlə ailəyə sevinc bəxş etməklə, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib. Azərbaycan Prezidentinin məhəllənin açılış mərasimində bildirdiyi kimi, Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır, bir-birinin gücünü artırır.

"BİZİM TARİXİMİZ PARLAQDIR VƏ TARİXİMİZİN ƏN ÖNƏMLİ ANLARINDA BİZ BİR YERDƏ İDİK"

Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycandan dünyaya bir mesaj oldu. Hava Limanının Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə açılışı qardaş ölkə ilə birliyimizi, dostluğumuzu, gücümüzü bir daha göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da qırılmaz dostluğumuzdan qaynaqlanır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini birgə qoymaları tarixi bir hadisə olaraq əbədiləşdi. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın və Türkiyənin deyil, bütün region xalqlarının həyatında dəyişikliklər mərhələsinin başlanmasına səbəb olacaq. "Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik" – deyən dövlət başçısı bildirib ki, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar: "Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq". Zəngilanın işğaldan azad edilməsindən iki il sonra qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı tarixi hadisəyə çevrildi. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi. Əlbəttə ki, bu və ya digər yaddaqalan hadisələrlə zəngin olan tarixi qardaşlıq nümunələri bir daha göstərdi ki, bizim birliyimiz Azərbaycan – Türkiyə birliyi əbədi və sarsılmazdır.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see171

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see138

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see134

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see131

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see130

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see128

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see127

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri