Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Güclü yağışların səbəbi müharibədirmi?

Güclü yağışların səbəbi müharibədirmi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlərdə regionda baş verən hərbi gərginlik fonunda cəmiyyətdə yeni və mübahisəli bir fikir dolaşmağa başlayıb. İddialara görə, Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar İranda həyata keçirilən hərbi əməliyyatların nəticəsidir. Eyni zamanda, bombardmanların, onun nəticəsində yaranan partlayışların, yanğınların atmosferə neqativ təsirləri ilə bağlı da fərziyyələr mövcuddur. Bu yanaşmalar ictimai maraq doğursa da, suallar açıq qalır: doğrudanmı hərbi əməliyyatlar hava və iqlimə təsir edəcək qədər güclü amildir, yoxsa burada sadəcə təsadüfi uyğunluqdan söhbət gedir?

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov hesab edir ki, iqlimdə müşahidə olunan dəyişiklikləri yalnız hərbi əməliyyatlarla əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. Onun sözlərinə görə, eyni dövrdə oxşar intensiv yağıntıların Dağıstan ərazisində qeydə alınması, həmçinin daha əvvəl Nyu-York kimi coğrafi baxımdan tam fərqli bölgələrdə analoji hadisələrin baş verməsi göstərir ki, bu proseslər lokal deyil, daha genişmiqyaslı atmosfer dəyişikliklərinin nəticəsidir. Alim vurğulayır ki, bu cür hadisələri izah etmək üçün əsas diqqət qlobal atmosfer sirkulyasiyasına yönəldilməlidir. Belə ki, şimal yarımkürəsində, xüsusilə Arktika üzərində formalaşan güclü soyuq hava kütlələri normal şəraitdə müəyyən sabitliklə dövr edir və öz strukturunu qoruyur. Bu proses elmi ədəbiyyatda "hava burulğanı” kimi tanınan dinamik sistemlərlə izah olunur. Lakin müxtəlif səbəblərdən, məsələn, bloklayıcı antisiklonların yaranması zamanı bu sistemin hərəkət sürəti zəifləyir və nəticədə soyuq hava kütlələri öz sabitliyini itirərək parçalanır. Bu zaman həmin kütlələr ümumi atmosfer dövranına daxil olaraq fərqli coğrafiyalarda qəfil və gözlənilməz hava dəyişikliklərinə, o cümlədən intensiv yağıntılara səbəb olur. Məhz martın sonu - aprelin əvvəllərində müşahidə olunan hadisələrin də böyük ehtimalla bu mexanizmlə əlaqəli olduğu qeyd edilir.

S.Səfərov əlavə edir ki, hərbi əməliyyatlar zamanı istifadə olunan müəyyən texnogen vasitələrin atmosferə lokal təsiri tam istisna olunmasa da, bu təsirin genişmiqyaslı və uzunmüddətli iqlim dəyişiklikləri yaratmaq gücündə olması barədə elmi əsaslandırılmış faktlar mövcud deyil. Əksinə, son illərdə müşahidə olunan iqlim anomaliyaları daha çox qlobal xarakter daşıyır və müxtəlif təbii amillərin qarşılıqlı təsiri ilə formalaşır. 

Ekspertin diqqət çəkdiyi digər məqam isə bəzi ölkələrdə həyata keçirilən süni yağıntı layihələridir. Onun sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə tətbiq olunan bu texnologiyalar çərçivəsində atmosferə müxtəlif kimyəvi reagentlər buraxılır. Bu isə lokal səviyyədə rütubət balansına təsir göstərərək müəyyən dəyişikliklər yarada bilər. Lakin bu təsirlərin qlobal miqyasda hava sistemlərini köklü şəkildə dəyişməsi hələ də müzakirə mövzusudur.

S.Səfərovun fikrincə, baş verən hadisələrin müharibə ilə əlaqələndirilməsi daha çox zaman uyğunluğundan irəli gələn fərziyyədir. Onun dediyinə görə, oxşar hadisələr tarix boyu dəfələrlə baş verib, lakin əvvəlki dövrlərdə informasiya mübadiləsinin məhdud olması səbəbindən bu cür hadisələr geniş ictimaiyyətə çatmayıb. Müasir dövrdə isə qlobal informasiya axınının sürətlənməsi istənilən təbii hadisənin dərhal diqqət mərkəzinə düşməsinə və müxtəlif şərhlərlə müşayiət olunmasına səbəb olur.

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da yayılan iddiaları əsassız sayır. Professorun sözlərinə görə, hazırda dünya iqlim sistemi qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin nəticələri tam şəkildə hələ elmi ictimaiyyət tərəfindən də müəyyənləşdirilməyib. Bununla belə, artıq aydındır ki, iqlim sistemində ciddi dəyişikliklər baş verir və gələcəkdə daha kəskin hava hadisələrinin müşahidə olunması istisna edilmir.

Ə.Məmmədov onu da əlavə edir ki, iqlimdə baş verən proseslər müəyyən qanunauyğunluqlara əsaslanır və bu sistem müəyyən dərəcədə proqnozlaşdırıla bilər. Lakin qısa müddətli atmosfer hadisələrini lokal və ya təsadüfi xarici faktorlarla bağlamaq düzgün deyil. Onun fikrincə, atmosferdə baş verən dəyişikliklərin kökləri daha dərin və qlobal proseslərlə bağlıdır.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da irəli sürülən fərziyyələrlə razılaşmır. Onun qənaətincə, sözügedən hərbi əməliyyatlar miqyas etibarilə o qədər böyük deyil ki, regional və ya sinoptik səviyyədə hava sistemlərinə təsir göstərə bilsin. Mütəxəssis qeyd edir ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar daha çox təbii iqlim dəyişkənliyi və uzunmüddətli meteoroloji qanunauyğunluqlarla izah olunmalıdır: "Hazırda müşahidə edilən yağışlar iqlim norması daxilində qiymətləndirilə bilər, lakin onların zaman və intensivlik baxımından paylanmasında ciddi dəyişikliklər müşahidə olunur. Yəni, uzun müddət ərzində düşməli olan yağıntıların qısa zaman intervalında, məsələn, bir neçə gün ərzində aylıq normanın bir neçə qatının düşməsi kimi hallar baş verir. Bu isə müasir iqlim dəyişmələrinin tipik göstəricilərindən biri kimi izah edilir”.

Ekspert əlavə edir ki, belə ekstremal hava hadisələri yeni deyil və əvvəllər də oxşar proseslər müşahidə olunub. O, xüsusilə 1952, 1969 və 1992–1993-cü illəri xatırladaraq bildirir ki, həmin dövrlərdə də güclü yağışlar nəticəsində Kür çayı hövzəsində ciddi daşqınlar və sellər qeydə alınmışdı. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Aprel 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri