Güclü yanğını bağban törədib: 863 ağac məhv olub
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına “Bakı Abadlıq Xidməti” MMC-nin bağbanı 1995-ci il təvəllüdlü B.A çıxarılıb.
Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.
Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşiman olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, “Bakı Abadlıq Xidməti”nin rəhbəri Bünyad Qasımovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















