Icma.az
close
up
RU
Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? Uşaq futbol oynayır, tribunadakı valideyni söyür

Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? Uşaq futbol oynayır, tribunadakı valideyni söyür

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda son bir neçə ildə uşaq futbolunda nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Kütləvilik artıb, yeni futbol məktəbləri və akademiyalar açılıb, bir çox infrastrukturlar yenilənib, uşaqlar arasında keçirilən birinciliklərin sayı artıb və s. Amma futbolun bu sahəsi hələ də çatışmazlıqlardan xali deyil. Məsələn, məşqlər və oyunların əksəriyyəti hələ də süni örtüklü meydanlarda keçirilir, birinciliklərin sayı artsa da, keçirilməsində nöqsanlar var, bir çox futbol məktəblərində və akademiyalarda təlim-tərbiyə, nizam-intizam aşağı səviyyədədir, ixtisaslı məşqçi-pedaqoqlar çatışmır, təhsil və sağlamlıq arxa plana keçib.

Bəs yaxşı, Azərbaycanda uşaq futboluna diqqət nə səviyyədədir? Uşaq futbolunun inkişafı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-la fikirlərini bölüşən idman jurnalisti Mirbağırağa Cəfərli bildirib ki, uşaq futbolunun inkişafına mərhələli formada başlamaq lazımdır:

"Uşaq futbolunun inkişafının fərqli formulları olsa da, əsas yolu asandır. Təbii ki, çoxlu sayda stadionlar, akademiyalar inşa edilməlidir ki, uşaqlar normal məşqlərini edə bilsinlər. Ən əsası isə - il ərzində bir neçə dəfə xarici ölkələrə turnirlərə yollanmaqdır. Çünki burada mövsüm ərzində çempionat oyunu oynayaraq artırmaqları asan deyil. Uşaqlar daim ölkə xaricində turnirlərdə olmalı, beynəlxalq yarışlarda iştirak etməlidirlər. Bunun nümunəsi "Bakı" və "Qəbələ"dədir. Daim xarici turnirlərdə iştirak edirdilər, ən azından, Azərbaycan futbolu üçün oyunçu yetişdirə bildilər.

Təsəvvür edin, qısa müddətdə "Bakı" və "Qəbələ" futbol akademiyası fəaliyyət göstərdi, Azərbaycan futbolu üçün nə qədər futbolçu yetişdirdilər!? Orası da var ki, həmin akademiyalar da maksimum Azərbaycan səviyyəsində futbolçu yetişdirdilər, Mahir Emrelini çıxmaq şərtilə.

Prioritet məsələlərdən biri də məşqçilərimizin inkişafıdır. Çünki uşaq futbolçulara nəsə öyrətməli olan həmin məşqçilərdir. Bu məşqçiləri tez-tez ölkə xaricinə göndərməli, təcrübə toplamalarına şərait yaratmalıyıq, onlar da Avropada öyrəndiklərini gəlib Azərbaycanda tətbiq etməlidirlər. Hər şey bir yana, yanaşma və vicdan məsələsidir. Hamı işinə vicdanla yanaşsa, yanaşması peşəkarcasına olsa, inanın ki, uşaq futbolunu da, ümumilikdə futbolumuzu inkişaf etdirə bilərik. Hələ ki daimi olaraq turnirlərdə iştirakı, gənc məşqçilərin ölkə xaricində mütəmadi təcrübə keçmələrini təmin etməliyik. Çünki akademiyaların, stadionların inşası bu an üçün real görünmür. Amma indiki durumda əlimizdə olan imkanlarla bunları edə bilərik: Beş futbolçunu hansısa xarici kluba göndərsək, onlar inkişaf edə biləcəklər. Beş gənc, perspektivli məşqçimizi xaricə göndərsək, 500 gənc futbolçumuzu inkişaf etdirəcəyik, onların gələcəyi daha parlaq olacaq. Həmçinin biz daha çox maliyyəni uşaq futbolu üçün, təməl üçün səfərbər etməliyik, daha heç bir iddiası olmayan əsas milli komandaya yüksəködənişli xarici məşqçilər gətirməyə yox".

Azərbaycanda uşaq futboluna diqqətə gəlincə, M.Cəfərli qeyd edib ki, bunun yüksək olduğunu sanmır:

"Bəli, "uşaq futbolumuz var" adı üçün nələrsə edirlər. Amma uşaq futboluna diqqətin istənilən səviyyədə olmadığının bariz nümunələri var. Bu yaxınlarda hansı vəziyyətdə topla liqa oyunlarının oynanıldığını gördük. Hələ stadionları demirəm. Beton stadionlarda oynayırlar uşaqlar. Ən bariz nümunə isə budur ki, Azərbaycanda uşaq futboluna diqqət istənilən səviyyədə olsaydı, indiyə qədər ən azı TOP-5-də oynayan futbolçu yetişdirərdik".

"Uşaq futbolu məhəllələrdən başlamalıdır. Artıq məhəllə futbolu yox səviyyəsindədir. Məsələn, Braziliyada futbol niyə inkişaf edib? Çünki orada futbol favellalarda, çöldə, məhəllədə, çimərlikdə oynanılır.

Valideynlərin də bu məsələyə təsiri az deyil. Məşqçilərlə, hakimlərlə dava edirlər. Dəfələrlə görmüşəm ki, valideyn məşqçiyə qışqırır. Düzgün mədəniyyət formalaşmalıdır. Azərbaycanlı uşaqlar psixoloji olaraq sanki sarsılmış durumda başlayırlar futbola. 10 yaşlı uşaq meydanda futbol oynayır, tribunadakı valideyn söyür. Əgər uşaq aşağı yaşlardan düzgün yanaşma görmürsə, düzgün formalaşmayacaq. Nə edək? Valideynləri futbola buraxmayaq?

Təhsil məsələsi də önəmlidir. Məsələn, "Ayaks" akademiyası təhsili zəif olan uşaqları iki-üç həftəlik komandadan uzaqlaşdırır. Azərbaycanda da bunu etmək lazımdır. Uşaq bilsə ki, dərsini oxumasa, bir-iki həftə futboldan uzaq qalacaq, o zaman oxumağa da önəm verəcək, üstəlik, intizama da öyrəşəcək", - M.Cəfərli vurğulayıb.

İdman jurnalisti Fuad Eldarov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ilk növbədə infrastruktur genişləndirilməlidir:

"Daha çox akademiya və futbol məktəbləri açılmalı, mövcud meydançalar yenilənməli və yeni süni və təbii örtüklü stadionlar tikilməlidir. Həmçinin, məktəblərdə futbol meydançalarının qurulması uşaqların idmana marağını artıracaq.

Uşaq futbolunun inkişafında mütəmadi yarışların təşkili də vacib amillərdəndir. Müxtəlif yaş qrupları üzrə liqalar yaradılmalı, yerli çempionatların səviyyəsi yüksəldilməli və regionlardan daha çox komandanın bu yarışlara qoşulması üçün imkanlar genişləndirilməlidir. Həmçinin futbol klublarının uşaq və yeniyetmə komandalarına maliyyə dəstəyi artırılmalıdır ki, istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsinə şərait yaransın.

Bundan əlavə, məşqçi və mütəxəssis hazırlığı sahəsində ciddi işlər görülməlidir. UEFA lisenziyalı məşqçilərin sayının artırılması, yerli və xarici futbol mütəxəssislərinin iştirakı ilə seminarların təşkili, akademiyalarda təcrübəli xarici məşqçilərin fəaliyyət göstərməsi uşaq futbolunun inkişafına müsbət təsir edəcək".

"Məncə, ölkəmizdə uşaq futboluna diqqət göstərilir, amma düşünürəm ki, bu, kifayət etmir. Yeni istedadların aşkarlanması, qabiliyyətli uşaqların tapılması üçün uşaq futbolu məktəblərinin miqyasını genişləndirmək, axtarış (skaut) işlərinin düzgün səviyyədə aparılması üçün kadr sayını artırmaq lazımdır. Ən əsası - istedadlı uşaqlara mütəmadi olaraq rəsmi statuslu matçlarda iştirak haqqı tanımaq lazımdır", - deyə F.Eldarov əlavə edib.

"Kəpəz" klubunun sabiq baş məşqçisi Adil Şükürov isə bildirib ki, Azərbaycanda əksər klublar məşqçilərə futbolçunun inkişafı üçün lazım olan ən primitiv şəraiti verə bilmir:

"Uşaq futbolunun inkişafına kompleks yanaşma olmalıdır. Yəni ilk növbədə infrastruktur və məşqçilər olmalıdır. Daha sonra düzgün planlaşdırma aparılmalıdır. Bir sözlə, maliyyə dəstəyi və bilikli mütəxəssislərin olması şərtdir. Azərbaycanda lazımi qədər bilikli və bacarıqlı yerli mütəxəssis var.

O ki qaldı Azərbaycanda uşaq futboluna olan diqqətə, çox təəssüf ki, klublarımız futbolçunun formalaşmasından çox, çempionatda yaş qrupları üzrə oyunlarda qazanılan qələbələrə diqqət yetirirlər. Bu isə çox vaxt uşaq futbolunda çalışan məşqçiləri əlavə təzyiqə və stresə aparır. Azərbaycanda əksər klublar məşqçilərə futbolçunun inkişafı üçün lazım olan ən primitiv şəraiti verə bilmir, amma məşqçidən yüksəksəviyyəli futbolçu yetişdirib əsas komandaya çatdırılmasını tələb edirlər. Bir sözlə desək, tələblər reallığı əks etdirmir.

Təbii ki, futbol - oyundur və bu oyunda qaliblər olmalıdır. Lakin bu qalibiyyətlərə fikir verilməli olan vaxt var. Klublar futbolçuların 15-16 yaşına qədər daha çox formalaşdırılmasına diqqət ayırmalıdırlar, 16 yaşdan sonra isə artıq bu futbolçulardan və məşqçilərdən nəticələr tələb oluna bilər".

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see170

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri