Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Gül dükanlarında Afrika qərənfilləri: Yerli istehsal yoxa çıxır

Gül dükanlarında Afrika qərənfilləri: Yerli istehsal yoxa çıxır

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Efiopiyadan qərənfil idxal etməyə başlayıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə xaricdən ümumilikdə 188 min ABŞ dolları dəyərində 2 milyon 720 min ədəd qərənfil gətirilib. Bu qərənfillər üçün isə 319 min 600 manat ödənilib. Uzun illər Azərbaycan qərənfillə özünü təmin edən ölkələrdən biri olub.

Abşeron yarımadasında bu sahə neftdən sonra ikinci əsas gəlir mənbəyi sayılırdı. Xüsusilə SSRİ dövründə ölkənin gülə olan tələbatının böyük hissəsi Azərbaycan hesabına ödənilirdi. Sovet İttifaqının son illərində Abşeronda bir çox həyətlərdə qərənfillər əkilirdi. Bakı kəndlərində demək olar ki, hər həyətdə gül istixanası və bağça mövcud idi. İndi isə qərənfil istehsalı zəifləyib və ölkə xaricdən idxala məcbur qalıb. İdxal olunan bir ədəd qərənfilin qiyməti təxminən 12 qəpikdir, lakin bazarda onun satış qiyməti 5-6 dəfə yüksək olur. Maraqlıdır, Azərbaycan niyə qərənfil yetişdirməkdə əvvəlki mövqeyini itirib?

Yerli istehsal baha başa gəlir?

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, ölkə təkcə qərənfil üzrə deyil, özündə istehsal potensialı olan digər məhsullar üzrə də getdikcə idxaldan asılı vəziyyətə düşür. Onun sözlərinə görə, bazarda istehsalçılarla ticarətçilər arasında sanki gizli münaqişə mövcuddur və bu qarşıdurmada üstünlük əsasən ticarətçilərin tərəfindədir: “Çünki istehsal və tədarük baha başa gəlir, idxal isə daha ucuz və sərfəlidir. Əgər bir ədəd qərənfilin idxal qiyməti 12 qəpikdirsə, yerli istehsalda bu rəqəm bir neçə dəfə yüksək olur. Belə olanda idxal olunan qərənfilin bazara baha qiymətə çıxarılması qaçılmazdır. Burada qarşılıqlı iqtisadi təsir mexanizmləri mövcuddur”.

“İdxalçılar demək olar ki, bazarı tam şəkildə nəzarətə götürüblər”

Ekspertin sözlərinə görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 188 min ABŞ dolları dəyərində qərənfil idxal edilməsi bu məhsula daxili bazarda real tələbatın olduğunu göstərir: “Əgər 2025-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 2 milyon 720 min ədəd qərənfil gətirilibsə, bu, daxili bazarda həmin məhsula real tələbatın mövcud olduğunu göstərir. Bu tələbatın ödənilməsi üçün isə 188 min ABŞ dolları ölkədən kənara çıxıb. Halbuki bu vəsaitin hətta 50 faizi yerli qərənfil istehsalının bərpası üçün kifayət edərdi. Belə olan halda, həm daxili tələbatı ödəmək, həm də ixrac imkanları yaratmaq mümkün olar. Sovet dövründə, xüsusilə 1980-1990-cı illərdə Abşeron yarımadasında bu sahə yüksək gəlir gətirir, istehsal olunan məhsul əsasən Rusiya bazarına ixrac edilirdi. Qərənfil yetişdirməklə məşğul olan formalaşmış işçi qüvvəsi də mövcud idi. Hazırkı iqtisadi şəraitdə isə idxalçılar demək olar ki, bazarı tam şəkildə nəzarətə götürüblər”.

“Böyük potensial və kifayət qədər insan resursu var”

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov deyir ki, ölkəmiz yerləşdiyi əlverişli coğrafi mövqeyi və iqlim şəraitinə görə, aqrar ölkə hesab olunur. Ölkədə ilboyu açıq, yarımqapalı və qapalı təsərrüfatlarda zəruri olan bir sıra kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkündür: “Qərənfil və qızılgül kimi gülçülük məhsullarının, eləcə də pomidor, xiyar, badımcan, bibər və müxtəlif göyərti növlərinin istehsalı həm daxili bazarın təminatı, həm də ixrac baxımından geniş imkanlara malikdir. Təəssüf ki, son dövrlərdə Azərbaycana Afrikadan, xüsusilə Efiopiyadan qərənfil idxal olunur. Halbuki Azərbaycanın əlverişli regionlarında, xüsusilə Bakı və Abşeron yarımadasında qərənfil yetişdirilməsi və onun həm daxili, həm də xarici bazara çıxarılması tam mümkündür, vacibdir. Bunun üçün böyük potensial və kifayət qədər insan resursu var. Sahənin inkişafı üçün dövlətin iqtisadi dəstəyi olduqca önəmlidir. Xüsusilə əlçatanlıq təmin edilməli və bu sahə təşviq olunmalıdır. Bu gün mərkəzi icra hakimiyyəti orqanları və iqtisadi siyasəti tənzimləyən qurumların əsas vəzifələrindən biri istehsalçıları maarifləndirmək, stimullaşdırmaq və perspektivli sahələri təşviq etməkdir. Belə yanaşma sahibkarların da bu sahəyə marağını artıracaq. Dövlət, hətta güzəştli kredit verən qurumlar vasitəsilə, bu təşviqi dəstəkləyir və sahibkarların bu imkanlardan faydalanması tövsiyə olunur”.

“Bakı qərənfili tanınır və sevilir”

Qərənfilin bazarda baha olmasına gəldikdə isə, mütəxəssis bildirir ki, nəzərə almaq lazımdır ki, qərənfil ucuz gül hesab olunsa da, idxal olunan məhsulun qiyməti təkcə alış dəyəri ilə müəyyənləşmir: “Üzərinə logistika, gömrük xərcləri və satış məntəqəsinə qədər olan əlavə xərclər gəlir. Bundan başqa, hər bir sahibkar məhsulunu müəyyən mənfəət marjası ilə satır ki, gəlir əldə etsin. Bu, bazar iqtisadiyyatının təbii tələblərindən biridir. Amma yerli istehsal olarsa, logistikadan tutmuş gömrük xərclərinə qədər əlavə xərclərdən azad olmaq mümkündür və bu zaman qiymət də ucuzlaşacaq. Mən çox arzu edərdim ki, ölkə ərazisində qərənfil yetişdirilməsi sürətlə bərpa olunsun, çünki bu, iqtisadi baxımdan sərfəlidir. Azərbaycanda qərənfil həm xeyriyyə işlərində, həm dekorasiya sahələrində, həm də müxtəlif digər sahələrdə geniş istifadə olunur. Eyni zamanda, Rusiya kimi böyük bazar mövcuddur. Rusiyalılar Bakı qərənfilini tanıyır və sevirlər. Əsas məsələ ucuz maliyyələşdirməni təşviq etməkdir”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri