Gülay Fərzəliyevanın yarışlardan kənarlaşdırılması ilə bağlı federasiyadan açıqlama
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, gənc hazırda heç bir yarışda iştirak edə bilmir.
“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb.
Çapar açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.
Gülay Fərzəliyevanın idmandan uzaqlaşdırılması nə dərəcədə qanunidir?
Ona qoyulan məhdudiyyət aradan qalxacaqmı?
Məsələ ilə bağlı Atçılıq Federasiyasına sorğu ünvanladıq. Azərbaycan Respublikası Atçılıq Federasiyasının Baş Katibi Elvin Məmmədxanov Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib:
“Gülay Fərzəliyeva məşq etdiyi Sərhədçi Atçılıq mərkəzindən kənarlaşdırılıb. Başqa klublarda məşq etməsi üçün müraciət etməsinə məhdudiyyət qoyulmayıb. Bütün klublara müraciət edə bilər. Qeydiyyatdan keçdikdən sonra yarışlarda iştirak hüququ qazanacaq.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 29 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















