Icma.az
close
up
RU
Güllə mənə dəyərək çıxıb onun boğazına girmişdi... Murov döyüşlərinin qəhrəmanı

Güllə mənə dəyərək çıxıb onun boğazına girmişdi... Murov döyüşlərinin qəhrəmanı

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hərb tariximizin şərəfli səhifəsi olan və şanlı Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər, qeyrətli oğulları torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən yolunda sağlamlığını itirən Orxan Babayev belə nər igidlərdən biridir.

Ölkə.Az Azərtac-a istinadən xəbər verir ki, Babayev Orxan Səfər oğlu 1989-cu il yanvarın 28-də Daşkəsən rayonunun Bayan kəndində anadan olub. Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbi bitirdikdən sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Vətən qarşısında borcunu ödəyən Orxan Babayev hərb sahəsinə marağı səbəbilə 2012-ci ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlılarının sırasına qoşulub. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində döyüşlərə qatılıb.

Orxan Babayevin bildirdiyinə görə, döyüş yoldaşları ilə birgə Koroğlu postundan Kəlbəcər istiqamətində irəliləyib və düşmənin bir neçə postunu və canlı qüvvəsini, əraziyə gələn təminat maşınlarını məhv edib. Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə də düşmənin bir çox canlı qüvvəsi zərərsizləşdirilib.

“Həmişə deyirdim ki, nə olursa olsun, mən kor bir güllədən yaralanmayım. Nə olacaqsa döyüşdə, üzbəüz olsun, özü də sonda olsun. Düşmənlə mübarizə aparmaq istəyirdim. Kəlbəcərdən tutmuş, düz Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində döyüşdük. Son döyüşüm Şuşanın Topxana meşəsində oldu”, - deyən Orxan Babayev əlavə edir ki, digər ərazilərdə olduğu kimi Şuşa istiqamətində gedən döyüşlər də gərgin keçib.

Hərbçilərimiz Topxana meşəsində özlərinə mövqe seçərkən Orxan Babayev düşmən snayperin açdığı atəşlə qolundan ağır yaralanıb, onunla çiyin-çiyinə döyüşən yoldaşı Kamran Fərəcov isə şəhid olub. Babayev ilk olaraq Füzulidəki hospitala, daha sonra Bakıya göndərilib. Əməliyyatda əlinin dörd barmağı amputasiya olunub.

“Topxana meşəsində çayı keçdik, yuxarıda dayanmalı olduq. Dağ yamacı var idi, yumru dairə şəklində istiqamət aldıq. Yanımıza kötük, daş qoyub mövqelənirdik. Gecəgörmə cihazı var idi. Mən dizimi yerə qoydum ki, onu götürüm. Soldan atəş açdılar, yaralandım. Yıxıldım, özümü əlimlə itələdim. Demə o güllə mənə dəyərək çıxıb, Kamranın boğazına girib”, - deyə Orxan Babayev xatırlayır.

O, qələbə xəbərini də xəstəxanada olarkən alıb.

“Reanimasiyada idim. Telefonum, çantam təminatda qalmışdı. Ağrılarım çox idi. Vəziyyətdən xəbər tutmaq üçün radio istədim, mənə gətirdilər. Radioda Prezidentimizin qələbəmizi elan etməsini eşitdim, həm ağladım, həm sevindim. 30 il torpaqlarımız işğal altında idi. Dayım, bibimoğlu şəhid olub. Neçə dayılarımız, əmilərimiz Vətən üçün canını qoyub. Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu”, - deyən qazi vurğulayır ki, iki oğlan övladını da Vətənə sevgi ilə böyüdür.

Vətən bizə əcdadlarımızın əmanətidir. Əmanət olan yurdu sevmək və qorumaq ən ümdə borcdur. Orxan Babayev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarla təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri