Güllələnən müəllimdən XƏBƏR VAR
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
Ölkə.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində "İdrak" liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.
Ş.Kamilova Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















