Şagirdin güllələdiyi müəllimdən xəbər var
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İdrak” liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.
Bu barədə Globalinfo.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın dünən ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.
Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















