Icma.az
close
up
RU
Gülmək qadağan deyil, ancaq abır da yaxşı şeydir... Millinin düşərgəsindən qeydlər

Gülmək qadağan deyil, ancaq abır da yaxşı şeydir... Millinin düşərgəsindən qeydlər

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gülməli olmayan səfər… Bu fikir kimdə, “məgər digər səfərlər gülməli olurdu ki?” fikrini oyatmadısa, bizlərdəndir və mətnin məğzini tam anlayacaq. 

Getdik…

Qəbələdə Estoniya ilə 0:0 oynayıb, ertəsi gün günorta ordan Stokholma uçmağa hazırlaşan milli komanda ilə eyni təyarədə biz də – idman mediasından bir neçə nəfər vardı. Yeni AFFA rəhbərliyi dönəmində “FutbolPress” olaraq ilk səfərimiz idi və dəvətə, diqqətə görə bəri başdan təşəkkür edirik. Hərçənd, bunadək də dəvət edilmişdik, lakin obyektiv səbəblərdən bir neçə idman KİV-nin məhz indi millini yaxından müşahidə etməyə imkanı oldu.

İlk növbətə diqqət çəkən, qeydədəyər nüans AFFA rəhbərliyindən yalnız icraçı vitse-prezident və baş katib vəzifələrini daşıyan Sərxan Hacıyevin səfər heyətində olması idi. Dəha dəqiq ifadə edilsə, assosiasiya rəhbərliyindən ən yüksək ranqlı şəxs Sərxan bəy idi.

Köhnə rəhbərlikdən “miras” qalan vitse-prezident Elşad Nəsirov gözə dəymədi. Milli Komandalar departamenti onun kurasiyasında olsa da, adamı millinin oyunlarında görmək müşküldür və bu, ona şamil olunacaq çoxsaylı neqativ məqamlardan biridir.

Bəs digər vitse-prezident Balakişi Qasımov niyə yox idi? Səhv etmirəmsə, bundan əvvəlki səfər oyunlarında da olmayıb. Subyektiv fikrimə görə, bu məsələ zərurətdən deyil, hansısa obyektiv/subyektiv səbəblərdən belə alınıb… Bu qənaətdə yanıla da bilərəm, lakin düşünmürəm ki, Balakişi bəyin “İctimai” TV-dəki və digər işlərinin çoxluğu ona milli ilə ezamiyyədə iştirak etməyə mane olsun. Şəxsən, mənimçün daha maraqlı onun səfər(lər)də iştirak etməsi olardı. Zamanla daha dəqiq bilinər….

AFFA-nın prezidenti Rövşən Nəcəf də iştirak etmədi. Oyun günü gələ bilərmi – bilmirəm, amma bildiyimə görə, indiyədək heç bir səfər matçında iştirak etməyib. Niyə?!

***

İsveçdəki matç onlar üçün əhəmiyyətli olmayacaq, çünki qrup liderliyini təmin ediblər və əsas heyətin bəzi oyunçuları iştirak etməyəcək. Bu amildən yararlanıb milli üçün stimul mühiti formalaşdırmaq olar. Lakin əhəmiyyətli rəhbər şəxslərin əksəri millinin yanında deyil. Bunlar futbolda vacib amillərdir…

Ən çox da bu binəva, milyonluq baş məşqçisi olub, Millətlər Liqasının “zirzəmisinə” – D Liqasına yuvarlanmaq təhlükəsində qıvrılan milliyə anlatmaq, başa salmaq lazımdır ki, Estoniya ilə doğma meydanda heç-heçə etmək gülməli deyil. Ümumiyyətlə, gülmək qadağan deyil, ancaq laqqırtı ilə gülən bəzi oyunçular heç vaxt anlamayacaqlar ki, milli komanda nə deməkdir, peşəkar futbolçu necə olmalıdır və s.

Belə şeylər lideri olmayan, tutarlı idarə olunmayan komandalarda olur.

Qəbələ hava limanında məsuliyyət hissindən uzaq bəzi oyunçuların… Nəysə; təkrar edirəm, gülmək qadağan deyil, ancaq abır da yaxşı şeydir.

***

Bunların əvəzinə orda olan AFFA rəhbərliyi və media qayğılı halıyla İsveç səfərində nəyin necə olacağını düşünür, ümumiyyətlə futbolumuzun zavallı gələcəyini dərd edirdi…

***

Stokholmun yaxınlığındakı Solna qəsəbəsində məskunlaşmışıq. Oteldə şam yeməyindən sonra ətrafla tanışlıq üçün həmkarım İlkin Fikrətoğluyla gəzintiyə çıxdıq. Sanki apokalipsis…

30-40 dəqiqə gəzib dolaşdıq, sükunət içində; nəinki adamlar, avtomobilə belə nadir rast gəldik.

Skandinaviya minimalizmin vətənidir, amma daha belə də yox.

***

Sabah oyuna çıxacaqlar da, görək gülməli nə var…

Qismət olsa, oyundan sonra daha geniş təəssüratla və detallı məqamlarla görüşərik..

Elçin Cəlilov / Stokholm
Futbolpress.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri