Icma.az
close
up
RU
Gülnur Aybet: UNESCO nun Ümumdünya Türk Dili Ailəsi Gününü təsis etməsi xalqlar arasında dialoqa töhfədir

Gülnur Aybet: UNESCO nun Ümumdünya Türk Dili Ailəsi Gününü təsis etməsi xalqlar arasında dialoqa töhfədir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Səmərqənddə (Özbəkistan) keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransında 15 dekabr tarixi Ümumdünya Türk Dili Ailəsi Günü elan edilib.

AZƏRTAC xəbər verir ki, Baş Konfransda 194 ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etmək təklifi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib və təsdiqləyiblər.

Türkiyənin UNESCO-da daimi nümayəndəsi Gülnur Aybet iclasda çıxış edərək bütün türk dövlətləri tərəfindən UNESCO-nun himayəsi altında türk dil ailəsini qorumaq və təşviq etmək üçün hazırlanmış təklifin həmmüəllif ölkələrinə təşəkkür edib.

Aybet dillərin yalnız ünsiyyət vasitəsi deyil, həm də nəsillər boyu kollektiv yaddaş, müdriklik və kimlik daşıyan sivilizasiyaların ruhu olduğunu vurğulayıb. Geniş bir ərazidə 200 milyondan çox insanın danışdığı türk dil ailəsi əsrlər boyu ortaq tarix və dəyərlərdən gələn zəngin bir mədəni irsi təmsil edir.

Qeyd olunur ki, 15 dekabr əlamətdar bir tarixdir, çünki bu, VIII əsrə aid olan türk dilində ən qədim yazılı sənədlər olan Orxon kitabələrinin ilk dəfə deşifrə edilməsini qeyd edir. Həmin əlamətdar gün türk sivilizasiyalarının ortaq mədəni və bədii sərvətinin rəmzidir, habelə bu xalqlar arasında mədəni yaxınlaşmaya və dialoqa töhfə verir.

Aybet bildirib ki, UNESCO Ümumdünya Türk Dili Ailəsi Gününü təsis etməklə bir daha çoxdilliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa sarsılmaz sadiqliyini təsdiqləyir.

UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu noyabrın 5-də Səmərqənddə türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri