Icma.az
close
up
RU
GÜLSÜM

GÜLSÜM

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gecənin sakitliyini pozan çığırtı

Daşnaklar kəndə hücum edərək evləri talan edib yandırdılar. Kənddən tək-tük adam meşəyə qaçaraq xilas oldu. 15 başlıq külfətdən bircə buxarıda gizlənmiş 12 yaşlı Gülsüm sağ qaldı. Onu da erməni çavuşu gizləndiyi yerdən tapıb özüylə apardı.

Qız ha çırpındı, ha ağladı, ha köməyə çağırdısa, bir xeyri olmadı. Erməni onu atın belinə atıb yola düzəldi. Nə qədər və hansı tərəfə getdiklərini bilmədi. Bir də dayananda anladı ki, artıq alatorandır.

Bütün bədəni sızıldayırdı. Yorğunluqdan aclıq da hiss etmirdi, amma susuzluq və qorxudan dili-dodağı təpimişdi. Az keçməmiş, nəhayət onu atdan düşürdüb büküldüyü xalçadan çıxartdılar. Tezcə də əl-qolunu bağlayıb heyvan kimi cidarladılar. Su istəyəndə erməni bardağdakı suyu içib dibini onun başından aşağı tökdü və tənbəkidən sapsarı olmuş dişlərini ağardaraq hırıldadı.

Gülsüm başından aşağı yuvarlanan su damcılarını diliylə tutmağa çalışdı. Elə dodaqlarınıca islada bildi. Erməninin üzünə tüpürmək istədisə, alınmadı. Ağzının içi qupquru idi.

Bir azdan ocaq çatıb yemək hazırladılar, içki içdilər və nəsə danışıb gülməyə, arada bir də Gülsümə tərəf boylanıb hırıldamağa başladılar. Uşağınsa heç halı özündə deyildı. Nəm torpağın soyuğu ayaqlarından yuxarı qalxaraq iliyinə qədər işləmişdi – titim-titim titrəyirdi.

Huşunu itirməkdə idi. Elə bu vaxt üzündə erməninin soğanqarışıq içkili murdar nəfəsini hiss etdi. Ürəyi bulandı. Bilmədi nə etsin. Çığırıb çapaladı və imdad istədi. Cavabı ermənilərin qəhqəhəsi oldu. Çavuşun əlləri onun sinəsində gəzdi, təzəlikcə çırtlamaqda olan döşlərini əzişdirdi və baldırlarına doğru endi.

Qızcığaz var qüvvəsini toplayıb erməninin ağzına keçən iri və ətli burnunu dişlədi. Ağzı qanla doldu, erməninin çığırtısına isə yoldaşları tökülüşüb gəldi…

Özünə gələndə ətraf sakitlikdi. Ermənilər hərəsi bir tərəfdə xoruldayırdı. Ətrafa boylanmaq istəyəndə başının zoqqultusundan az qala qışqıracaqdı. Burnu sındırılmış, üz-gözü şişmiş, dodaqları partladılmışdı. Paltarı cırma-cırıqdı. Alt-tumanı da əynində yoxdu. Baldırları laxta qan içində idi.

Uşaq olsa da, nə baş verdiyini anladı. Çığırıb ağlamaq istəsə də, alınmadı. Boğazı da, gözünün yaşı da qurumuşdu. Taqətsiz halda uzanıb göydəki ulduzlara baxdı. Sakitcə, heç nə olmamış kimi sayrışırdılar. Kim bilir, onlar nələrə şahid olmuşdular…

Bütün bu baş verənlərdə Gülsüm üçün bircə müsbət məqam vardı. Əl-qolunun iplərini açmışdılar. Sərbəstdi. Görünür, onlar üçün daha əhəmiyyətini itirmişdi. Elə bu vaxt ermənilərdən biri yerindən qalxıb səldirləyə-səldirləyə qızcığazın yanından ötərək yarğanın başındakı qayanın üstünə qalxdı. Elə həmin an Gülsümün burnuna sidik iyi gəldi.

Bu, o idi – çavuş. Ona qədər 5-10 addım vardı. Qızın beyni birdən saat kimi işləməyə başladı. Nə etmək istədiyini anlayan kimi tərəddüd etmədən bədəninin bütün ağrılarını unudub çavuşa doğru yürüdü və özünü zərblə onun üstünə atdı. Gecənin sakitliyini boğuq çığırtı və tappıltı pozdu…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see526

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see279

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see244

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see237

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see213

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see191

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see191

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see185

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see166

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see161

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see153

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see149

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see149

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri