Icma.az
close
up
RU
Gültəkin Hacıbəyli Antarktidaya gedir Pinqivinlərin qanadlarının altına baxıb, qayıdacaq...

Gültəkin Hacıbəyli Antarktidaya gedir Pinqivinlərin qanadlarının altına baxıb, qayıdacaq...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyaya baxıb, öz ölkəsinə belə bir aqibət arzu edənlər… Müxalifət Bəşər Əsədin qaçmasından, Suriyada rejimin çökməsindən riqqətə gəlib. Artıq açıq şəkildə yazıb bildirirlər ki, Azərbaycanda da inqilab olsun, xaos yaşansın, vətəndaş müharibəsi başlasın. Bunlar da bu fəlakət üzərindən hakimiyyətə gəlsin. 

Son 20-25 ildə bu cür davranıblar. İraqda Səddam Hüseyn devriləndə, Misirdə inqilab nəticəsində Hüsnü Mübarək hakimiyyətdən uzaqlaşdırılanda, Liviyada Qəddafi üsyançılar tərəfindən öldürüləndə və s. belə sevinirdilər. Hətta uzaq Venesuelada xalq hökumətə etiraz edəndə, qonşu Gürcüstanda Qərb ortalığı qarışdıranda, Ermənistanda Soros inqialb edib, iqtidar dəyişəndə də belə atlanıb-düşürdülər.

Hələ 20 öncə Ukraynada Yuşşenko hakimiyyətə gələndə bunları görərdiniz. Ağızlarının suyunu axıdırdılar. Saakaşvili 2003-də əlində qızılgül tutub, Şevardnadzenin üstünə kükrəyəndə müxalifət “bizim də arxımıza su gələr” xəyallarına qapılmışdı. Onda 2003-cü ilin 15-16 oktybar hadisələri təzə yaşanmışdı. İsa Qəmbər evdən çıxa bilmirdi, tərəfdarları türmələrdən. Amma deyirdilər, hakimiyyətə gələcəyik.

Diqqətə alınacaq bir məqam var: nə Sorof, nə amerikalı inqilab texnoloqu Cin Şarp, nə ABŞ, nə Avropa İttifaqı Azərbaycan müxalifətinə etimad göstərib, onları inqilab yolu ilə hakimiyyətə gətirməyə cəhd göstərmir. Özlərini yırtırlar, təklif edirlər, kəlləmayallaq dururlar, yenə də bunları vecinə alan yoxdur. Hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti təmsilçisi, jurnalist adları ilə kamuflyaj olunan agentlərinin üzərindən nələrsə etmək istəyib Qərb mərkəzləri, ya da buna cəhd göstərib, amma müxalifətlə bağlı belə planları olmayıb. Təsəvvür edin, Qırğızıstanda belə (2005-ci ildə) inqilab oldu, müxalifətdən müəyyən mərhələ üçün istifadə edildi. Azərbaycanda özlərini demokrat, Qərbə yaxın siyasi cinah adlandıranlar, ya da belə olduğunu zənn edənlər heç vaxt diqqət çəkmədilər.

Yaxın Şərqin bir neçə ölkəsində 2010-cu ilin sonlarında başlayan üsyanlar zamanı da bizim “qəhrəmanlar” həvəslənmişdi. Eyni bədbəxtliyi öz ölkələrinə arzu edirdilər. Arada Bakı küçələrinə də çıxdılar. Etiraz aksiyalarına başlayıb, xalqı hakimiyyətə qarşı səfərbər etmək eşqinə düşdülər. Xalqımız müdrikdir, bunları da yaxşı tanıyır. Həmişə olduğu kimi, dəstək vermədi.

İndi Suriyadakı olaylardan qığılcım qapıb, ictimai rəyi alovlandırmağa çalışırlar. Yəqin xalq bu dəfə də iqnora atacaq bu sosial şəbəkə “qəhrəmanlarını”.

Hər dəfə belə vəziyyətlərdə ən maraqlı “performansı” Gültəkin Hacıbəyli göstərir. Vaxtilə iqtidarın alovlu müdafiəçisi, təbliğatçısı olan bu qadın indi hakimiyyəti və onun təmsilçilərini inqilabla, üsyanla hədələyir. Yazır ki, Azərbaycanda inqilab olanda hakimiyyət təmsilçiləri Antarktidaya qaçsalar belə, pinqvinlərin qanadları altından da olsa, onları tapıb Azərbaycana gətirəcəkmiş… “Yenə göylərdədir şair xəyalın…”. 2003-2004-cü illərdə İraqda Səddam Hüseyn devrildikdə müxalifətçilər eyni ritorika ilə danışar, yazardılar. Həmin vaxt Gültəkin deputat idi. Açardı gül ağzını, yumardı gözlərini, deyərdi, “görüm sizi gözaltıladığınız kolun dibinə çömbələ bilməyəsiniz, ay müxalifətçilər”. İndi bacı özü bu təbliğat kampaniyasında öndə gedir. Yəqin koldibi gözlaltılayıb…

Bir şeyi unudurlar ki, Əsəd, Suriya məsələsi bir iqtidarın, bir partiyanın, bir klanın hakimiyyətdən getməsi ilə sərhədlənəcək qədər xırda proses deyil. Bir ölkəyə aid də deyil. Bu, nəhəng bir sürəc, qlobal hadisə statusundadır. Burda Azərbaycan da müəyyən rol alır. Hadisələrin episentrində isə Türkiyə dayanıb. Bunu ABŞ-ın 1 ay sonra vəzifəsinin icrasına başlayacaq yeni (köhnə) prezidenti Donald Tramp da etiraf edir. Avropa Birliyi Suriya olaylarına görə Türkiyəyə 1 milyard avro verməyə hazırlaşır…

Bunları görməmək, prosesin mahiyyətini anlamamaq bədbəxtlikdir. Siyasi korafəhmlikdir. Savadsızlıqdır. Dünyanın gedişatından bixəbər olmadır. Və qaragüruhçuluqdur. Belə adamlar Azərbaycana ən pis gün arzulayanlardır. Beş-altı orta və xırda ranqlı məmurdan qisas almaq üçün ölkəyə fəlakət, qan-qada gətirməyə çalışırlar.

“Paşinyan demokratiyanın qalasıdır” deyəndən başqa nə gözləmək olar ki…

Tahir Turan 

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri