Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

“Gülüstan” poeması harda yazılıb?

“Gülüstan” poeması harda yazılıb?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bəxtiyar Vahabzadənin ev-muzeyində özümə verdiyim və cavab axtardığım çoxsaylı suallardan biri belə idi…

...Əslində, Elşən Zəkəriyyəbəylini illərdir ki, tanıyıram. Bir çox tədbirlərdə iştirak etmişik. Dəfələrlə söhbətlərimiz olub. Buna baxmayaraq, Bəxtiyar Vahabzadənin ev-muzeyinin həyətinə daxil olanda beynimdə heç zaman ağlıma gəlməyən bir sual yarandı: Niyə məhz Elşən Zəkəriyyəbəyli?

...Ev-muzeyinin direktoru. Leksikonumuza o qədər də çoxdan daxil olmuş ifadə və ya vəzifə deyil. Məsələn, 1975-ci ildə ulu öndər Heydər Əliyev Ramazan Xəlilovu Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə ömürlük direktor təyin etmişdi. Nə üçün? Çünki Ulu öndər bilirdi ki, bu vəzifəni daşıyan şəxsdə təcrübə, peşəkarlıq, yorulmazlıq və məsuliyyətdən əlavə, başqa bir mühüm keyfiyyət də olmalıdır: “Ev sahibinə” və onun irsinə canıyananlıq. Ramazan Xəlilovda Üzeyir bəy irsinə olan canıyananlığı bəlkə də başqa bir adamda tapmaq mümkün deyildi.

Yaxud, 2023-cü ilin oktyabrında iş yoldaşlarımızdan biri ilə Səməd Vurğunun ev-muzeyini ziyarət etmişdik. Bir saata qədər davam edən görüşümüzdə məlum oldu ki, muzeyin gənc direktoru Vurğun Vəkilov təkcə Səməd Vurğun irsinə, böyük şairin yaradıcılığına deyil, ümumiyyətlə, Vəkilovların tarixinə, Azərbaycan dünyasına mükəmməl bir canıyananlıq nümayiş etdirir. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan, xüsusi təqaüdə layiq görülən, klassik musiqimizi dünya ölkələrində təbliğ edən Vurğun Xalq şairi Səməd Vurğunun nəticəsidir.

...Bəs Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktorunda da bu xüsusiyyətlər varmı? Yeri gəlmişkən, ötən il yüz yaşını qeyd etdiyimiz Bəxtiyar Vahabzadə özünün dörd xüsusi keyfiyyəti ilə yaddaşlarda yaşayır. Fəlsəfi duyumlu şair, ətraflı biliyə və intellektual səviyyəyə malik alim, tələbkar olduğu qədər də mülayim xasiyyətli müəllim ( mən xoşbəxtəm ki, indiki BDU-dakı tələbəliyim onun həmin ali məktəbdə dərs dediyi illərə təsadüf etmişdi) və ... sədaqətli dost. Qəti təəccüblənməyin. Onun mərhum ziyalılarımız Nurəddin Rzayev və Xudu Məmmədovla dostluğu az qala dillərdə dastana çevrilmişdi.

Ancaq Bəxtiyar müəllim təkcə bu iki nəfərlə dostluq etmirdi. Onun özündən xeyli gənc söz, sənət adamları arasında da xeyli dostları var idi. Hətta bir çox qələm sahibinin ədəbiyyat aləmində parlamasına da kömək etmişdi. Elşən Zəkəriyyəbəyli Bəxtiyar müəllimin gənc dostlarından biri idi və şair həmyerlisinə kifayət qədər inanır və etmad göstərirdi. Fikrimizcə, Elşən müəllimin bu vəzifəyə təyin edilməsində də həmin inam və etimadın rolu böyük olmuşdur.

Səməd Vurğunun ev-muzeyinə şairin vurğunlarından olan bir həmkarımızla getmişdiksə, Bəxtiyar Vahabzadənin ev-muzeyini baş redaktorumuz, Əməkdar jurnalist, ictimai xadim Əflatun Amaşov, həyat yoldaşı Nərgiz xanım və oğlu Orxanla ziyarət etdik. Bəxtiyar müəllimin həyətində çay içdik. Həmin məqamda açıq-aşkar hiss etdik ki, şairin ruhu bizim başımızın üstündə dolanır. Muzeylə yaxından tanış olduq, eksponatlara baxdıq.

Elşən müəllim danışdı ki, şairin ev-muzeyi 2018-ci il avqustun 31-də açılsa da, bu barədə Prezident Sərəncamı 2015-ci il oktyabrın 27-də imzalanıb. Dövlət başçımızın “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncamına əsasən şəhərimizdəki Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 73 ünvanında yerləşən muzeydə 2017-2018-ci illərdə təmir, bərpa və bədii tərtibat işləri aparılıb. Ciddi hazırlıqlardan sonra ərsəyə gələn muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar, ümumilikdə, 735 eksponat yer alıb. Onu da əlavə edək ki, şair öz ata yurdu olan əvvəlki binanı körpələr evinə bağışlamışdı.

O vaxt Elşən müəllimin və Əflatun Amaşovun yadına saldım ki, ötən il avqustun 7-də bu muzeydə şairin 100 illiyi münasibətilə təşkil edilən sərgidə mən də iştirak etmişdim. Azərbaycan Prezidenti İlham Əliyev ötən il fevralın 21-də “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdı. Həmin sərəncama uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilirdi. Avqustun 7-də Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəkidəki Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyinin, Şəki Dövlət Rəsm Qalereyasının və Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin birgə təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılırdı. O gün muzeyin direktoru Elşən Zəkəriyyəbəyli xatırlatmışdı ki, şairin bütün əsərlərinin toplandığı 12 cilddən ibarət “Seçilmiş əsərləri” muzeyin ən yeni eksponatları sırasındadır.

Muzeylə tanışlıqdan sonra Elşən müəllim dedi ki, Bəxtiyar Vahabzadə bu evdə dünyaya gəlib və 9 yaşınadək burada yaşayıb. Muzeydə 980 eksponat ( muzey açılanda cəmi 735 eksponat var idi) nümayiş olunur. Birinci otaq şairin iş dünyasını, ikincisi yaradıcılığını, üçüncüsü isə ictimai-siyasi fəaliyyətini əhatə edir. Burada şairin orden və mükafatları, eləcə də bir çox ölkələrdə keçirdiyi görüşlərdən fotoşəkillər yer alıb.

Direktor əlavə etdi ki, şairin Bakıdakı evindən yazı masası, kitabları və şəxsi əşyaları Şəkiyə gətirilib və burada qorunur. Muzeydə eləcə də, şairin atası, anası, babası, övladları və xanımı ilə olan şəkillər nümayiş etdirilir. Xatırladıldı ki, Bəxtiyar müəllimin kitabları 29 dilə tərcümə olunub. O, bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkar kimi tarixin bütün zamanlarında hörmət və ehtiramla anılır. Muzey direktorunun Bəxtiyar Vahabzadə irsinə nümayiş etdirdiyi canıyananlıq onun şair haqqıda dediyi “Bəxtiyar müəllim xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən çox müddətdə yorulmadan yazıb-yaradıb” qətiyyətində də görünürdü.

Ancaq tək bunlar idimi? Əsla yox. Muzeyin direktoru bildirdi ki, Bəxtiyar Vahabzadə yaradıcılığında əsas mövzulardan biri ana dili idi. Onun fikrincə, dil xalqın varlığının nişanələrindən biri, onun ən qiymətli sərvətidir. Həm də nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Vahabzadə barədə belə deyib: “Bir insanın öz xalqını və doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim”. Şairin Əhməd Şmide haqda qələmə aldığı şerin əlyazması muzeydə nadir eksponat kimi nümayiş olunur”.

Muzeydəki bəzi eksponatlar istər-istəməz adamı heyrətləndirir. Məsələn, Bəxtiyar müəllimin Sovet KQB-sinin caynağına keçməsinə (Onu həmin caynaqdan Heydər Əliyev xilas etmişdi) səbəb olan “Gülüstan” poeması yazılanda cəmi 34 yaşı var idi. 34 yaşlı bir gəncin dünyanın aparıcı dövlətləri ilə baş-başa gələn SSRİ-nin asıb-kəsən dövründə Kremlin əleyhinə poema yazması... o qədər də asan məsələ deyildi.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın,
Köksünə yazılan qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?

Yeri gəlmişkən, mən birbaşa olmasa da, dolayısı ilə Elşən müəllimdən öyrənmək istədim ki, şair “Gülüstan” poemasını təsadüfən bu evdə yazmayıb ki ? “ Nə danışırsınız – dedi, - həmin poema yazılanda Bəxtiyar müəllim Azərbaycan Dövlət Unversitetində işləyirdi və 26 yaşında elmlər namizədi adı almışdı. Bu isə o demək idi ki, onun 1959-cu ildə adıçəkilən poemanı gəlib Şəkidə yazması o qədər də inandırıcı deyil. Nə deyim? Amma Şəkiyə tez-tez gəlir və burada yaradıcılıqla məşğul olurdu.

Bu günlərdə Şəkidə böyük şairin anadan olmasının 101 illiyinə yığışmışdıq. Əvvəlcə onun şəhərin mərkəzində yerləşən abidəsini ziyarət etdik, qarşısına gül dəstələri qoyduq. Sonra tədbir böyük şairin ev-muzeyində davam etdi. Yaxından, uzaqdan xeyli qonaq gəlmişdi. Çay süfrəsi ətrafında maraqlı söhbət etdik.

Onlardan biri ilə tanış oluram. Tibb universitetinin elmi-araşdırma mərkəzinin manipulyar biologiya və tibbi genetika şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Cəmilə Bayramova rəfiqələri ilə bu müqəddəs ocağı ziyarətə gəlib. “Çoxdan ki, arzum idi”, – deyir, – nəhayət rəfiqələrim Aynur Seyidova və Şəlalə Əhmədova ilə qərara aldıq ki, böyük şairin doğum günündə mütləq onun ev-müzeyini ziyarət edək. Çox xoşbəxtəm ki, bu gün burdayam”.

Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb bölgəsinin sədri Əlmaniz Ələkbərli də burdadır. Qürurla danışır. Deyir ki, burada çox olmuşam inan ki, hər dəfə gələndə mənəvi rahatlıq tapıram. Əslən Şəkidən olan şair Könül Fikrətli isə qonaqlara Bəxtiyar Vahabzadəyə həsr etdiyi yeni şeirini oxuyur. Bildirir ki, bu gün səhər yazıb. Qazaxdan gələn Nazim Qasımov isə lap kövrəlib. Bəxtiyar müəllim ona dərs deyib. “Hər şey gözümün qabağındadır, – deyir, – aditoriyaya girməyi də, orada əlini çənəsinə söykəyib pəncərənin qarşısında dayanmağı da. Nə bilim, o qədər xatirələr var ki...”

Qonaqların arasında bir nəfər də var. Əslində, bilmirəm ona qonaq demək olarmı? Bəxtiyar müəllimin sevimli qızı Gülzar Vahabzadə də gəlib. Süfrə başında hamı Gülzar xanımın atası haqqında maraqlı xatirələrinə qulaq asır.

Aradan neçə gün keçib. O xatirələrdən biri yaddaşıma ilişib qalıb, unuda bilmirəm. Gülzar xanım deyəndə ki, adını daşıdığı nənəsi gəlininə dönə-dönə tapşırmışdı ki, səhər evə gələn qəzetlərə əvvəlcə özün bax. Əgər Bəxtiyarın əleyhinə nəsə yazılıbsa, həmin qəzeti cır at qoy mənim balamın oxuyub kefi pozulmasın.

Allah balasını bədxahlardan qoruyan Gülzar Allahverdi qızına rəhmət etsin!

...Gözəl bir məkandan, unudulmaz müəllimimizin ruhu dolaşan ünvandan ayrılanda nə mən nə isə deyə bilirdim, nə də yol yoldaşım. Amma isti avqust günü öz sözünü deyə bilirdi. Şəkidə Günəş körpəsini məktəbə göndərmək üçün oyadan anaya oxşayırdı. Ağaclar, kollar, çəmənlər, bağ – bağat alayuxulu körpə kimi tələsmədən oyanırdı...

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri