“Yuventus” Sörlotun transferi üçün Madridə nümayəndə göndərdi
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “Yuventus” futbol klubu İspaniyanın “Atletiko” komandasının norveçli hücumçusu Aleksander Sörlotun transferi üçün fəal addımlar atmağa başlayıb.
İdman.Biz “Goal.com”a istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Marko Ottolini danışıqlar aparmaq məqsədilə Madridə yollanıb.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Atletiko” ilə Norveçin “Vikinq” klubu arasında keçiriləcək qarşılaşmanı stadiondan izləyəcək.
“Yuventus”un baş məşqçisi Luçano Spalletti fiziki cəhətdən güclü, hava mübarizələrində üstünlüyə malik və rəqib müdafiəsində boşluqlar yarada bilən mərkəz hücumçusu istəyir. İtaliyalı mütəxəssis Sörlotu bu tələblərə uyğun ideal namizəd hesab edir.
Turin təmsilçisi ötən yay Randal Kolo Muaninin transferinə üstünlük versə də, norveçli hücumçuya marağını itirməyib.
Maliyyə məhdudiyyətləri səbəbindən Ottolini Madrid klubunu Sörlotun yanvar ayında icarəyə verilməsinə razı salmağa çalışacaq.
Danışıqlar zamanı hazırda “Yuventus”dan “Atletiko”ya icarəyə verilən kanadalı hücumçu Conatan Devidin gələcəyi də müzakirə olunacaq. Madrid klubunun futbolçunu 25 milyon avroya (46,5 milyon AZN) birdəfəlik transfer etmək hüququ var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Noyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















