Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi dekabrda başlaya bilər
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Ukrayna və Rusiya arasında genişmiqyaslı hərbi əsir mübadiləsinin ilk mərhələsi noyabrın sonu - dekabrın əvvəlində baş tuta bilər.
Bakıvaxtı.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təxminən min nəfərin qaytarılması planlaşdırılır: "Lakin mübadilə bir neçə mərhələdə aparılacaq, çünki onu bir gün ərzində həyata keçirmək çətin ki, mümkün olsun".
"Birinci mərhələ Milad bayramından əvvəl baş tutmalıdır. Noyabrın sonu, dekabrın əvvəli ilk hərbi əsirlərin qayıtmalı olduğu az-çox real tarixlərdir", - K.Budanov prosesin artıq Rusiya tərəfi ilə razılaşdırıldığını dəqiqləşdirərək qeyd edib.
O, həmçinin ümid edir ki, ilin sonunadək Ukrayna təkcə hərbi əsirləri deyil, həm də mülki şəxsləri geri qaytara biləcək. Xüsusilə, söhbət Zaporojye və Xerson vilayətləri sakinlərinin qaytarılmasından gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















