Gülüşü portretində donan, tədbir zamanı qəfil vəfat edən məşhurlar: 2025 ci il kimlərin ölümü ilə yaddaşlara həkk olundu?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
2025-ci ildə Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrini itirdik.
Oxu.Az yola saldığımız ildə vəfat edən məşhurları yad edir.
Sənətdə unudulmaz izlər buraxan aktyor və aktrisalar
Yanvarın 5-də ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə xatirələrdə iz qoymuş aktyor Azər Baxşəliyev vəfat edib. Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
Yanvarın 15-i aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngi səbəbindən dünyasını dəyişib. Onun nəşi Əmircan qəbiristanlığında torpağa tapşırılıb.
Mayın 3-də Mingəçevir Dövlət Dram Teatrının ağır xəstəlikdən əziyyət çəkən aktyoru Aydın Quliyev 64 yaşında dünyasını dəyişib.
Avqustun 2-si Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Camal qızı Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sentyabrın 13-ü Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib. Onun nəşi Bakıya gətirilərək İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Sentyabrın 29-u Əməkdar artist, məşhur Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktyoru Cabir İmanov ("Məhəllə"nin "Eliş"i) idman zalında qəfil vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Oktyabrın 10-u qiraət ustası, Xalq artisti Əminə Yusifqızı vəfat edib. Sənətkar Qurd qapısı qəbiristanlığında torpağa tapşırılıb.
Noyabrın 7-si Əməkdar artist, aktyor Vahid Əliyev 73 yaşında dünyasını dəyişib. Aktyoru son mənzilə alqış sədaları ilə yola salıblar.
Noyabrın 18-i Əməkdar artist Yadigar Muradov vəfat edib. Onkoloji xəstəlikdən əziyyət çəkən artist Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Noyabrın 19-u Xalq artisti, rəqqasə Roza Cəlilova vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Səsi ilə hər kəsi valeh edən musiqiçilər
Avqustun 1-i xanəndə, Xalq artisti Arif Babayev vəfat edib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə Birinci Fəxri xiyabanda dəfn olunub.
Oktyabrın 16-sı Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev dünyasını dəyişib. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Sənətkar alqış sədaları altında son mənzilə yola salınıb.
Qələm əhli - yazıçı və jurnalistlər
Yanvarın 23-ü Azərbaycan Dövlət Televiziyasında (AzTV) bədii komissiyanın rəhbəri olmuş İlham Alışanov vəfat edib.
Martın 9-u yazıçı Yaşar Bünyad vəfat edib.
İyunun 4-ü Əməkdar jurnalist İlyas Adıgözəlli 87 yaşında dünyasını dəyişib.
Avqustun 3-ü Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib. O, Birinci Fəxri xiyabanda Abdulla Şaiqin yanında dəfn edilib.
İyulun 19-u tanınmış şair Soltan İsrafil oğlu Abbasov 92 yaşında dünyadan köçüb.
Avqustun 14-ü şair, nasir, jurnalist Kəramət Şükürov dünyasını dəyişib.
Avqustun 16-sı yazıçı Vidadi Babanlı vəfat edib. Onun nəşi Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında torpağa tapşırılıb.
Avqustun 19-u şair Məmməd İsmayıl dünyasını dəyişib. O, Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində torpağa tapşırılıb.
Avqustun 27-si tanınmış jurnalist, politoloq, Oxu.Az-ın redaktoru Rüstəm Qaraxanlı dünyasını dəyişib.
Sentyabrın 20-si hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında dünyasını dəyişib. 83 yaşlı polkovnik-leytenant ADA Universitetinin Qazax filialında tədbir başlayan zaman qəfil vəfat edib. O, Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn edilib.
Oktyabrın 13-ü şair Əlisəmid Kür (Cəfərli) dünyasını dəyişib. O, Salyanda torpağa tapşırılıb.
Noyabrın 11-i Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev 61 yaşında infarktdan vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Noyabrın 22-si Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, qəzəlxan Arif Buzovnalı vəfat edib. Onun nəşi Buzovna qəbiristanlığında ("Xrustalnı") dəfn edilib.
Dekabrın 21-i meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib. O, Maştağa qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunub.
Elm xadimləri
Yanvarın 26-sı Azərbaycan Texnologiya Universitetinin (AZTU) dosenti Tofiq Məmməd oğlu Hacıyev dünyasını dəyişib. O, Maşın mühəndisliyi və logistika kafedrasının dosenti olub.
Fevralın 24-ü professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığından vəfat edib. O, Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Fevralın 28-i fəlsəfə elmləri doktoru Niyazi Mehdi dünyasını dəyişib. O, Maştağa qəbiristanlığında dəfn edilib.
Martın 21-i Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli vəfat edib.
Aprelin 8-i Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan alim Əzizağa Quliyev vəfat edib.
Aprelin 25-i Bakı Slavyan Universitetində işləyən alim Rəhilə Quliyeva dünyasını dəyişib.
Aprelin 7-si Azərbaycan Kooperasiya Universitetinin "Azərbaycan və xarici dillər" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Samirə İkram qızı Məmmədova dünyasını dəyişib.
İyulun 9-u fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov dünyasını dəyişib. O, uzunsürən onkoloji xəstəlik səbəbindən həyatını itirib.
Avqustun 6-sı Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə vəfat edib. O, 91 yaşında dünyasını dəyişib.
Oktyabrın 17-si 1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev vəfat edib.
Vəzifəli şəxslər
Yanvarın 9-u Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
İyulun 12-si Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib. O, 82 yaşında vəfat edib.
İyulun 24-ü sabiq deputat Xanhüseyn Kazımlı dünyasını dəyişib. Onun nəşi Qurd qapısı qəbiristanlığında torpağa tapşırılıb.
İyulun 3-ü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Gəray Fərhadov vəfat edib.
Avqustun 5-i Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Rasim Əliyev dünyasını dəyişib.
Noyabrın 4-ü Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib. O, Sumqayıt qəbiristanlığında dəfn edilib.
Onları da xatırlayaq...
Yanvarın 9-u Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Martın 17-si rəssam Nağdəli Xəlilov vəfat edib.
Aprelin 29-u Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edib. O, 72 yaşında dünyasını dəyişib.
İyulun 6-da tanınmış bəstəkar Ruslan Əhmədoğlu dünyasını dəyişib.
İyulun 27-si Azərbaycanın Əməkdar məşqçisi Nüsrət Abdullayev vəfat edib.
Avqustun 21-i Əməkdar mühəndis Mətləb Quliyev dünyasını dəyişib.
Sentyabrın 8-i Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib. O, Keşlədəki ailə qəbiristanlığında torpağa tapşırılıb.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 31 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















