Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Milyardlıq satınalmalar: Rəqabət azalır, bir mənbədən alışlar artır

Milyardlıq satınalmalar: Rəqabət azalır, bir mənbədən alışlar artır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda büdcə şəffaflığı sahəsində dövlət satınalmalarına yönəldilən vəsaitlər əsas problemlərdən biri olaraq qalır.

Oxu.Az Hesablama Palatasının məlumatlarına istinadən xəbər verir ki, ən problemli məqamlardan əsası bir mənbədən satınalma üsulunun geniş yayılmasıdır. 2024-cü ildə keçirilən 19 min 602 satınalmanın 49.9 faizi say baxımından, 54.4 faizi isə məbləğ baxımından məhz bu üsulla həyata keçirilib. Üstəlik, təhlillər göstərir ki, bəzi hallarda bazarda rəqabət olduğu halda belə "tək təchizatçı" əsası ilə bir mənbədən satınalma metoduna üstünlük verilib.

Qeyd edək ki, dövlət satınalmalarının ümumi daxili məhsula (ÜDM) nisbəti dövlətin mal və xidmətlərin alınması yolu ilə iqtisadiyyata töhfəsini, başqa sözlə, dövlətin iqtisadiyyata təsir səviyyəsini səciyyələndirən göstəricilərdən biridir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə dövlət satınalmalarının ÜDM-ə ortalama nisbəti 13%, dövlət büdcəsi xərclərinə ortalama nisbəti təxminən 28%-dən yüksəkdir. 2024-cü il üçün Azərbaycanda bu göstəricilər müvafiq olaraq 7.8% və 26.1% təşkil edib. .

2024-cü ildə Azərbaycanda dövlət satınalmalarına ümumilikdə 9 milyard 845 milyon manat vəsait xərclənib. Bu məbləğin 5 milyard 355 milyon manatı bir mənbədən satınalma üsulu ilə həyata keçirilib.

Digər ciddi problem müsabiqə əsaslı satınalmaların payının azalmasıdır. 2024-cü ildə bu metodların ümumi satınalmalardakı payı məbləğ baxımından 45.6 faizə düşüb ki, bu da əvvəlki illə müqayisədə 16.6 faiz bəndi azalma deməkdir. Xüsusilə təkliflər sorğusu metodunun yeni qanunvericilikdə ləğv edilməsi rəqabətli mexanizmləri zəiflədib.

Hesablama Palatası hesab edir ki, satınalmalarda planlaşdırma zəifliyi diqqətçəkən problemlərdən biridir. Belə ki, satınalmaların 69.1 faizi ilin ikinci yarısında, 37.9 faizi isə təkcə IV rübdə həyata keçirilib. Bu isə ilin sonunda avans ödənişlərinin artmasına və növbəti il üçün əlavə maliyyə öhdəliklərinin yaranmasına risk yaradır.

Eyni zamanda, ehtimal olunan qiymətlə yekun müqavilə məbləği arasında kəskin fərqlər aşkarlanıb. 2024-cü ildə rəqabətli satınalmaların 43.1 faizində yekun qiymət ehtimal olunan dəyərdən 20 faizdən çox fərqlənib. Bəzi hallarda bu fərq 50 faizdən də yüksək olub ki, bu da qiymətlərin düzgün hesablanmaması və ya satınalma predmetində ciddi dəyişikliklər edilməsi riskini artırır.

Digər problem isə satınalmaların ləğv edilməsinin yüksək səviyyədə olmasıdır. İl ərzində 2 min 259 müsabiqə əsaslı satınalma ləğv edilib ki, bu da ümumi rəqabətli satınalmaların 23 faizinə bərabərdir. Ləğvlərin əsas səbəbləri rəqabətsizlik, təklif verənlərin sayının az olması və qiymətlərin ehtimal olunan dəyərdən yüksək olmasıdır.

Bundan əlavə, hesabatlılıq və məlumat uyğunsuzluğu da narahatlıq doğurur. Hesablama Palatasına təqdim olunan məlumatlarla "etender.gov.az" portalındakı göstəricilər arasında müqavilə məbləği, qalib təchizatçı və satınalma predmetləri üzrə fərqlər aşkar edilib. Hətta bəzi hallarda 2025-ci ilə aid büdcə vəsaiti hesabına nəzərdə tutulan satınalmaların 2024-cü ilin hesabatına daxil edildiyi müşahidə olunub.

Elmidar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri