Icma.az
close
up
RU
Gümrü meri xüsusi təyinatlıların müşayiəti ilə bələdiyyə binasından çıxarılıb FOTO YENİLƏNİB

Gümrü meri xüsusi təyinatlıların müşayiəti ilə bələdiyyə binasından çıxarılıb FOTO YENİLƏNİB

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gümrü meri Vardan Qukasyan çox sayda xüsusi təyinatlının müşayiəti ilə bələdiyyə binasından çıxarılıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Qukasyan naməlum istiqamətə aparılıb.

***

11:48

Gümrü bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən böyük məbləğdə rüşvət alma və verməkdə təqsirləndirilən səkkiz nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Antikorrupsiya Komitəsinin Əməliyyat-Tədqiqat İdarəsi tərəfindən aparılan genişmiqyaslı əməliyyat və gizli istintaq tədbirləri nəticəsində Gümrü bələdiyyəsinin başçısı və baş memarının əvvəlcədən əlbir olaraq rüşvət tələb edib aldığı faktlar aşkar edilib.

Başlanmış cinayət işi çərçivəsində bələdiyyə başçısı da daxil olmaqla səkkiz nəfərin cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi barədə qərarlar qəbul olunub.

Bundan əlavə, istintaq zamanı məlum olub ki, cinayətkar qrupun üzvləri korrupsiya əməliyyatlarının sirrini qorumaq və fasiləsizliyini təmin etmək məqsədilə Gümrü bələdiyyəsinin arzuolunmaz üzvlərinə qarşı təzyiq göstərərək onlara aid kompromat toplayıblar və onları şantaj yolu ilə idarə etməyə çalışıblar.

Həmçinin, bələdiyyə başçısının xidməti mövqeyindən sui-istifadə edərək bələdiyyənin balansında olan, lakin şəxsi istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün sənədlərin saxtalaşdırılmasını, eləcə də yaxın qohumuna məxsus icazəsiz tikilmiş binanın qanuniləşdirilməsini təşəbbüs etdiyi müəyyən edilib.

Daha sonra əldə olunmuş sübutlar göstərir ki, baş memar digər altı halda da vətəndaşlardan qanunsuz əməl müqabilində rüşvət alıb.

Cinayət işi üzrə genişmiqyaslı əməliyyat və istintaq tədbirləri davam etdirilir. Məqsəd korrupsiya sxeminin tam strukturunu və mexanizmini ortaya çıxarmaq, habelə cinayətkar şəbəkənin bütün iştirakçılarını müəyyənləşdirməkdir.

***

10:47

Gümrünün meri Vardan Qukasyan saxlanılıb.

APA xəbər verir ki, bu barədə ABC Media merin köməkçisinə istinadən məlumat yayıb.

Qukasyanın köməkçisi bildirib ki, bələdiyyə binasına 60-70 nəfər daxil olub, meri saxlayıblar.

Onun sözlərinə görə, meriyada hazırda Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları var.

Qeyd edək ki, daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları üzrə cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri