Gümüş medal qazanan qadın voleybolçularımız Vətənə dönüblər FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bu gün VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan qadın voleybolçulardan ibarət millimiz vətənə dönüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Voleybol Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri qarşılayıblar.
Qarşılanma mərasimində voleybolçularımız və məşqçilər müsahibələr veriblər, jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, millimiz İslam Oyunlarında ilkin mərhələdə İran, Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşıb. Üç qələbə qazanan təmsilçimiz finala yüksəlib. Bu oyun isə rəqib Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb və Faiq Qarayevin yetirmələri yarışı gümüş medalla başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















