Icma.az
close
up
RU
Günah Santuşdadı, yoxsa AFFA da?

Günah Santuşdadı, yoxsa AFFA da?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Millimiz Santuşun baş məşqçiliyi ilə 10-cu oyunda qələbəsiz qaldı. Bakıda Macarıstana uduzmaq (1:2) sosial şəbəkələrdə Santuşu əsas hədəfə gətirib. Lakin portuqal qonağın təqsiri elə də çox deyil.

Biz hələ də bu suala cavab tapa bilməmişik: Santuş bura necə gəldi?

Ona görə də “palanı döyəcləmək” bizimçün yalnız neqativ enerjini boşaltmaqdan başqa heç nə deyil. Santuşdan çox onun bura necə gətirilməsinə hələ də dəqiq cavab verə bilməyən AFFA-dadır məsuliyyət.

Söz-söhbət gəzirdi ki, Latviya (0:0) və Macarıstan oyunlarında pis nəticə olsa, baş məşqçi göndəriləcək. Riqada uduzmadıq, Bakıda macarlara minimal hesabla məğlub olduq.

Nə deyib göndərsinlər?

Özü də istefa verən deyil. Külli təzminatı buraxıb hara gedər?!

Bəs biz nə etməliyik?

Əvvəla, bu sual illərdir zəhləmizi töküb. Keçmiş AFFA rəhbərliyinin “goruna söyürdük”, yenilər gələndən 1.4 il ərzində isə gedənlərə “rəhmət oxutdururlar”…

Ən son kadr təyinatı baş katib postuna oldu – Cahangir Fərəcullayev hardansa, necəsə peyda oldu. Bəli, tam o cür: hardansa, necəsə…

Ona da yeni hərəkətlilik yaradılması üçün bir xeyli səlahiyyət verildi, missiya yükləndi.

Hanı?

Ortada ciddi hansısa islahat.. bir yana, islahatcığaz görmüsünüz?

Adama hələ futbol camiəsini tanıyıb qurtaranadək bir qərinə vaxt lazımdır. Qatıb-qarışdırıb aləmi. Nə dediyini, nə etdiyini bilir. Yəqin ki, Hesabat Konfransında “qısa müddətdə” deyib, vəd etdiyi və əməl olunmayan məsələlər barədə İcraiyyə Komitəsinin növbəti iclasında ondan hesabat istəniləcək…

Bir fundamental qərarı da yoxdur ki, sambalı qarşısında susasan, şikayətlənməyəsən, təyinatından sonra verdiyi alovlu, iddialı açıqlamaları əyləncəli janrda yozmayasan. Yeganə təyinatı Murad Axundovdur, vəssalam.

Tanıdınız?

Təyinatın mühümlüyünü hiss etdiz?

Yox.

Hə, bir də 0.5 təyinatı var, hələlik bu tragikomediyadan dastanlar döşəməyə tələsməyək…

Bax, belə bir psevdosarsaq vəziyyətin ortasındayıq.

Və

Özünü “pis etmək istəməyənlər” dadanıb Santuşun canına. AFFA-ya söz deyə bilmirlər, Santuş isə yem…

Haşiyə çıxım ki, “Baş katibin nə günahı” janrında tumurcuqlayanlara da gəlinəcək. Heç nə boş buraxılmayacaq…

Bu arada, Rövşən Nəcəf AFFA prezidentidir (Sərxan Hacıyev icraçı vitse-prezidentidir, Balakişi Qasımov vitse-prezidentidir).

Bir daha xatırladaq!

Yəqin ki, AFFA-dakı absurd situasiyalardan rəvayətlərin yarandığını eşidib. Assosiasiya daxilindəki xaosdan dastanlar yaranmamış müdaxilə etməli, idarə etməli, nizamlamalı, və s. malı-məli…

…Elşad Nəsirov da vitse-prezidentdir.

Özbaşınalıq edənlərin qarşısı alınmasa, hansı qələtlərin qılındığı bir-bir sadalanacaq. Hələliksə, hələ də düz yolu tezliklə tapacaqlarını gözləyirik. Hərçənd, buna cəhddən əsər-əlamət görünmür…

Elçin Cəlilov

P.S. Nə var ki Santuşa döşəməyə… O qədər bu “missiyanı” icra etmək istəyən qullar var ki…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri