Icma.az
close
up
RU
Günay Məmmədzadə: “Belə hallar hər şahmatçının başına gələ bilər”

Günay Məmmədzadə: “Belə hallar hər şahmatçının başına gələ bilər”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ümid edirəm ki, bu turnirin iştirakçıları maraqlı oyun göstərə biləcək”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin şahmatçısı Günay Məmmədzadə deyib.

25 yaşlı qrossmeyster tanınmış ictimai-siyasi xadim, Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirindən gözləntilərini açıqlayıb: “Qənirə xanımın yaradıcılığı ilə yaxından tanışam və kitablarını oxumuşam. Bu səbəbdən belə bir turnirdə iştirak mənim üçün mühüm əhəmiyyət kəsb edir. Yarışda komanda olaraq iştirakımız da müsbət və vacib məqamdır. Ümid edirəm ki, bu turnir ənənə halını alacaq”.

Məmmədzadə Azərbaycan çempionatındakı çempionluğuna da toxunub: “Qalib olmağıma baxmayaraq, çıxışım gözlədiyimdən aşağı oldu. Düzü, komanda yoldaşlarına qarşı oynamaq psixoloji baxımdan çətindir. Hər şahmatçı çempionluq üçün oynayır, mən də həmçinin. Turnirdə əlimdən gələni elədim, bu da nəticədə özünü göstərdi”.

O, FİDE reytinqində 15 pillə geriləməsinə və uzun fasilədən sonra siyahıda Azərbaycanın ən güclüsü adını Gövhər Beydullayevaya təhvil verməsinə də münasibət bildirib: “Belə hallar hər şahmatçının başına gələ bilər. Bu nəticənin tezliklə dəyişəcəyini düşünürəm. İnanıram ki, qısa zamanda hər şey öz yerini alacaq”.

Qeyd edək ki, Azərbaycan çempionu FİDE-nin son siyahısında 2396 xalla 51-ci yerdə qərarlaşıb. Beydullayeva (2400) isə 43-cü yeri tutur.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri