Icma.az
close
up
RU
Gündə ən az 8 stəkan su içmək üçün 10 VACİB SƏBƏB

Gündə ən az 8 stəkan su içmək üçün 10 VACİB SƏBƏB

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sağlam bir kişinin bədən çəkisinin 60 faizi, sağlam bir qadının isə bədən çəkisinin 50 faizi sudan ibarətdir. Hamımız suyun sağlamlığımıza nə qədər faydalı olduğunu bilirik, amma kifayət qədər su içirikmi?

Pravda.az bildirir ki, yetkin bir insan gündə ən azı 8 stəkan su içməlidir. Bu rəqəm insanın gündəlik fəaliyyəti, cinsiyyəti və nə qədər tərləməsi ilə əlaqədar olaraq dəyişir.

Niyə su içməliyik?

Su yediyiniz qidaların parçalanmasına kömək edərək həzm sisteminin düzgün işləməsini təmin edir.

Dərinin hüceyrələrini bərpa edərək, elastikliyini artırır. Bu da dərinin daha parlaq və canlı görünməsinə səbəb olur. Eyni zamanda saçların daha yumşaq və parlaq görünməsini təmin edir.

Susuz qalmaqla əlaqəli yaranan yaddaş itkisi və diqqət problemi kimi beyin funksiyalarını düzəldir.

Bədən temperaturunu nizamlayır və insanlarda böyük narahatlıq yaradan ödemin atılmasına kömək edir.

Qan dövranını asanlaşdırır və daha sağlam olmağınıza kömək edir.

Bağırsaq sağlamlığını tənzimləyir.

Metabolizmanı daha aktiv edərək, daha çox kalori yandırmanıza səbəb olur. İlıq su eyni zamanda bədəndəki yağların parçalanmasını təmin edir.

Qan dövran zamanı pıhtılaşmanın qarşısını alır.

Stres, gərginlik və depressiyanın azalmasına kömək edir.

İmmuniteti gücləndirir.

Yetkin biri gündə ortalama neçə litr su içməlidir?

Sağlam bir insan gündə 1,5 litri sidik yolu ilə, 1 litrini isə tər və oynaq hərəkətləri ilə itirir. İtirilən mayenin təxminən 20 faizi gün ərzində yediklərimizdən qarşılanır. Qalan 2 litri isə su içməklə yerinə qoyulur. Hər gün 1 stəkan su ilə günə başlamağı vərdiş halına gətirin. Hər bir insanın gündəlik su istehlakı, etdiyi fəaliyyətə və nə qədər tərlədiyinə görə dəyişir. Bütün dünyada qəbul olunmuş bir su istehlakı miqdarı yoxdur, amma təxmini miqdar haqqında ümumi fikir birliyi var. Bu təxminə görə, kişilər üçün uyğun olan miqdar gündə təxminən 3 litr, qadınlar üçün isə təxminən 2 litrə qədərdir.

Çay, qəhvə suyun yerini tuta bilməz!

Heç bir içki suyun yerini tuta bilməz. Əksinə, bu cür içkilərin çox istifadəsi susuzluq hissini azaldır və suya olan ehtiyacı aşağı salır. Susuzluq hissinin olmaması, bədənin gündəlik su ehtiyacını ödədiyi anlamına gəlmir.

Su kalori ehtiva etmir və asidik deyil. Kafeinli içkilərin çox istifadəsi arzuolunmazdır və bu içkilərlə birlikdə istifadə edilən əlavə şəkər də çəki artımına səbəb olur.

Suyu qədərindən çox içmək sağlamlığa zərərli ola bilər!

Lazım olduğundan çox su içmək nadir hallarda baş verir. Amma hər şeyin həddindən artıq olması zərərlidir. Bədən lazım olduğundan çox su aldığında, insan su zəhərlənməsi keçirə bilər. Su zəhərlənməsi normal beyin funksiyalarına zərər verir.

Su içməyi əyləncəli vəziyyətə gətirin

İş masasında və ya evdə daim görünə biləcək bir yerdə rəngarəng və şık bir stəkan saxlanıla bilər.

Suyun içinə alma, darçın, nanə yarpağı, zəncəfil, çiyələk, üzüm kimi meyvələr əlavə edərək dadı artırıla bilər.

İş yerində və evdə müəyyən sahələrə "su iç" yazılı qeydlər asıla bilər.

Ofis kompüterinə və mobil telefonlara su xatırlatmaları proqramları quraşdırıla bilər.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see134

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see128

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see122

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see122

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see122

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see121

Şənbə üçün nəzm

24 May 2025 08:15see118

PSJ 16 cı dəfə Fransa Kubokunun qalibi olub

25 May 2025 01:49see118

Eldar Əzimzadə kitabının son səhifəsində nə yazmışdı?

25 May 2025 00:27see118

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see118

Finlandiya rusiyalılara daşınmaz əmlak satışını qadağan etməyi planlaşdırır

24 May 2025 05:16see116

Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24 May 2025 09:03see116

Ukrayna Xarici İşlər Nazirliyi Vatikanı danışıqlar üçün məqbul məkan sayır

23 May 2025 23:10see116

Ekoloqların peşə bayramıdır Fotolar

23 May 2025 14:21see115

Ağcabədidə çiyid səpini başa çatıb

24 May 2025 12:28see115

Karlo Ançelotti rəsmən Real Madrid dən ayrıldı

23 May 2025 14:00see114

Bəyəndiyiniz xanımın paytaxtın “silikon vadisində” hansı emalatxanadan buraxıldığını öyrənin!

23 May 2025 19:24see113

Daha bir məktəb direktoru ilə bağlı QALMAQAL NƏ BAŞ VERİR?

24 May 2025 06:59see113

Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib

23 May 2025 18:31see112

Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi...

23 May 2025 17:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri