Icma.az
close
up
RU
Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu qərarın arxasında gizlənən ideoloji xətt - yəni təhsildə milli üstünlükçülük və qapalı sistem yaratmaq cəhdi - onu qlobal təhsil sisteminə qarşı açıq siyasi hücuma çevirir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ABŞ prezidenti Donald Tramp adminstrasiyasının Harvard Universitetinə əcnəbi tələbələrin qəbulunu qadağan edən qanununu şərh edərkən deyib.

Kamran Əsədov bildirib ki, Tramp administrasiyasının Harvard Universitetinin xarici tələbə qəbulunu qadağan etməsi və bu siyasətin digər universitetlərə də tətbiq olunma ehtimalı yalnız ABŞ daxilində deyil, bütün dünyada ali təhsilin beynəlxalq xarakterinə və gənclərin təhsil hüququna qarşı ciddi təhlükədir:

"Bu qərar xüsusilə inkişaf etməkdə olan ölkələrdən, o cümlədən Azərbaycandan ABŞ-ın prestijli universitetlərinə qəbul olunmuş tələbələri birbaşa hədəfə alır. Rəsmi açıqlamalarda Tramp bu addımı "daxili təhlükəsizlik", "resursların qorunması" və "Amerikalılar üçün iş yerlərinin açılması” kimi populist arqumentlərlə əsaslandırır. Amma bu qərarın arxasında gizlənən ideoloji xətt - yəni təhsildə milli üstünlükçülük və qapalı sistem yaratmaq cəhdi - onu qlobal təhsil sisteminə qarşı açıq siyasi hücuma çevirir". 

Ekspert qeyd edir ki, Harvard Universitetində təhsil alan 6,800 xarici tələbə 100-dən çox ölkədən gəlir və bu tələbələrin yaratdığı iqtisadi dəyər təkcə bu universitetə deyil, bütövlükdə ABŞ təhsil sisteminə böyük fayda verir:

"ABŞ Beynəlxalq Təhsil İnstitutunun (IIE) 2022-ci il məlumatına görə, ölkədəki beynəlxalq tələbələrin ABŞ iqtisadiyyatına illik töhfəsi 32 milyard ABŞ dollarından artıqdır və onların fəaliyyəti 300 mindən çox iş yerinin formalaşmasına səbəb olur. Bura universitetlərin özəl fondları, təhsil haqqı, kampus xərcləri, yaşayış və istehlak xərcləri daxildir. Yəni bu tələbələr iqtisadi yük deyil, əksinə ABŞ ali təhsilinin maliyyə dayanıqlılığına ciddi dəstəkdir".


Həmsöhbətimizin fikrincə, Trampın siyasəti ABŞ-ın təhsil sahəsində uzun illər ərzində qazandığı "akademik cazibə mərkəzi" statusunu zəiflədir: 

"Dünya təcrübəsinə nəzər saldıqda, Kanada və Almaniya kimi ölkələrin əks yanaşma ortaya qoyduğu aydın olur. Kanada 2023-cü ildə qəbul etdiyi yeni strategiyada beynəlxalq tələbələrin sayını artırmaq üçün viza prosedurlarını sadələşdirib və təhsil sonrası iş imkanlarını genişləndirib. Almaniyada isə "Blue Card" sistemi vasitəsilə beynəlxalq tələbələrə universiteti bitirdikdən sonra ölkədə qalmaq və işləmək hüququ verilir. Bu ölkələr təhsili həm iqtisadi inkişaf, həm də qlobal liderlik aləti kimi görür və bu sahəyə böyük strateji yanaşma sərgiləyirlər. Trampın siyasəti isə ABŞ-ın bu sahədəki uzun illər ərzində qazandığı "akademik cazibə mərkəzi” statusunu zəiflədərək Avropa və Asiya universitetlərinə yeni imkanlar açır".

Təhsil eksperti düşünür ki, bu siyasət davam edərsə, ABŞ-ın təhsil brendi və beynəlxalq imici ciddi zərbə alacaq:

"Tələbələr artıq ABŞ-ı alternativsiz təhsil məkanı kimi görməyəcək. Bu da ABŞ universitetlərinin qlobal reytinqlərində və tədqiqat potensialında tənəzzülə səbəb olacaq. Azərbaycandan olan tələbələr də bu məhdudiyyətlərə qarşı fərqli ölkələrə – xüsusilə Böyük Britaniya, Niderland, Almaniya, Kanada və hətta Cənubi Koreya kimi ölkələrə yönəlməyə başlayacaq. ABŞ uzun illərdir "ən yaxşı beyinlər üçün açıq qapı” prinsipi ilə dünya elminə liderlik edirdi. Trampın siyasəti bu qapını bağlamağa çalışır. Bu isə nə qlobal təhsil maraqlarına, nə də insan hüquqları, nə də bərabərlik prinsiplərinə xidmət edir".

Qeyd edək ki, Tramp adminstrasiyası Harvard universitetinə əcnəbi tələbələrin qəbuluna qadağa qoyub. Bu qərardan sonra ABŞ hökuməti əcnəbi tələbələrin digər universitetlərə qəbuluna qoyulan qadağanın da müddətini uzada bilər. Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

Noem qeyd edib ki, Harvard beynəlxalq tələbələri qəbul etmək qabiliyyətini itirdikdən sonra ABŞ hökuməti digər universitetlər üçün də oxşar tədbirləri nəzərdən keçirir.

Onu da vurğulayaq ki, Tramp administrasiyası 2025-ci ilin əvvəlindən bəri:

- Texnoloji sahələrdə təhsil alan xarici tələbələrə qarşı daha sərt vizual yoxlamalar və məhdudiyyətlər tətbiq etməyə başlayıb, xüsusilə Çin, İran və Rusiya vətəndaşlarına.

- F-1 vizası ilə gələnlərin ABŞ-da qalaraq işləməsi imkanlarına (OPT və STEM OPT proqramları kimi) yenidən baxılması müzakirə olunur.

Məqsəd: "Amerika vətəndaşlarına daha çox imkanlar yaratmaq”dır.

Tramp Harvard və Yale kimi elitar universitetləri "solçu ocaqlar” kimi təqdim edir.

O, bu qurumları "adi amerikalılardan uzaq düşməkdə” və "liberal ideoloji manipulyasiya aparmaqda” günahlandırır. Trampın ailəsində bir neçə şəxs Penn və ya digər prestijli universitetlərdə oxusa da, özü tez-tez "sadə xalqın tərəfində olduğunu" vurğulamaq üçün elitar təhsil sisteminə qarşı çıxışlar edir.

Onun administrasiyası federal təhsil maliyyəsinin müəyyən sahələr üzrə kəsilməsi və ya şərtləndirilməsi ilə bağlı addımlar atmaq niyyətindədir - xüsusilə gender, irq və identitet məsələlərində liberal yanaşmalar bəhanə kimi göstərilir.

Qisasçılıq mövqeyi ilə tanınan Trampın Harvardla şəxsi problemi olmasa da, bu universitet onun ideoloji mübarizəsində simvolik "düşmən” kimidir. Trampın xarici tələbələrlə bağlı siyasəti "siyasi, iqtisadi və təhlükəsizlik amillərinə” əsaslanır. Harvard və digər universitetlərlə açıq qarşıdurma isə onun liberal elitalara qarşı siyasi ritorikasının və öz siyasətini qəbul etməyən akademik çevrələrə qarşı narazılığının nəticəsi kimi də nəzərdən keçirilə bilər. 

Tramp Harvard və oxşar universitetləri liberal ideologiyanın daşıyıcıları hesab edir. Onların ABŞ-da solçu siyasətləri təbliğ etdiyini və "xalqdan uzaq” olduqlarını iddia edir.

2025-ci ildə də Trampın ritorikasında Harvard simvolik olaraq bu elita təbəqəsinin təmsilçisidir. Bu da onun siyasi bazasını konsolidasiya etməyə yönəlmiş ritorikadır, yəni birbaşa şəxsi problem deyil, ideoloji qarşıdurmadır. Onu da vurğulayaq ki, Harvard, Yale, MIT kimi universitetlər liberal dəyərləri müdafiə edən və Demokratlara yaxın müəssisələr kimi tanınır.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri