Icma.az
close
up
RU
Gündəlik gəzinti ömrü uzada bilər ARAŞDIRMA

Gündəlik gəzinti ömrü uzada bilər ARAŞDIRMA

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 40 yaşdan yuxarı insanlar gündəlik fiziki fəaliyyət səviyyələrini artıraraq ömürlərini əhəmiyyətli dərəcədə uzada bilərlər. Proqnozlaşdırıcı modellər göstərir ki, ən az fiziki aktiv şəxslər üçün gündəlik gəzinti kimi sadə fəaliyyətlər belə, ömür müddətinə təsir edə bilər.

Publika.az xəbər verir ki, araşdırmada, ABŞ əhalisinin milli sağlamlıq və siyahıyaalma məlumatları, 2017-ci il ölüm statistikası, həmçinin 2003-2006-cı illər Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusundan alınan fiziki fəaliyyət göstəriciləri təhlil edilib. Araşdırmanın nəticələrinə əsasən əhalinin ən fiziki cəhətdən aktiv 25 faizi gündəlik orta hesabla saatda təxminən 3 mil sürətlə 160 dəqiqə gəzərək bu səviyyəni qoruyur. Fiziki baxımdan ən az aktiv 25 faiz üçün bu səviyyəyə çatmaq ömürlərini əlavə olaraq 11 ilə qədər artıra bilər. Hər saat gəzinti onların ömrünü təxminən 6 saat uzatma potensialına malikdir.

Kaliforniyada yerləşən “Providence Saint John” Sağlamlıq Mərkəzinin Sakit Okean Neyrologiya İnstitutunda proqram direktoru Rayan Qlat bildirir ki, fiziki fəaliyyətdə hətta kiçik artımlar belə, yoluxucu olmayan xəstəliklər və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə az aktiv insanlar üçün bu faydalar daha nəzərəçarpandır.

Yel Unversitetinin Tibb Fakültəsinin idman tibbi həkimi Kristofer Şneble araşdırmanın nəticələrini şərh edərək bildirib: “Bu araşdırma fiziki fəaliyyətin ölüm riskini azaltdığını təsdiqləyir və oturaq həyat tərzindən daha aktiv yaşam tərzinə keçidin sağlamlığa müsbət təsirini əlavə sübutlarla ortaya qoyur”.

Tədqiqat müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Lakin gündəlik fiziki fəaliyyətin psixi və fiziki sağlamlığa təsiri artıq yaxşı məlumdur. Hərəkətsizlik isə bir çox sağlamlıq probleminin, o cümlədən vaxtından əvvəl ölümün əsas səbəbi hesab edilir. Bu tapıntılar fiziki aktivliyin sağlamlıq və uzunömürlülük üçün əhəmiyyətini bir daha ortaya qoyur. Mütəxəssislər daha aktiv həyat tərzinin seçilməsinin sadə və təsirli sağlamlıq strategiyası olduğunu qeyd edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Dekabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri