Icma.az
close
up
RU
Gündəlik gəzinti ömrü uzada bilər ARAŞDIRMA AZƏRTAC

Gündəlik gəzinti ömrü uzada bilər ARAŞDIRMA AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 dekabr, AZƏRTAC

“British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 40 yaşdan yuxarı insanlar gündəlik fiziki fəaliyyət səviyyələrini artıraraq ömürlərini əhəmiyyətli dərəcədə uzada bilərlər. Proqnozlaşdırıcı modellər göstərir ki, ən az fiziki aktiv şəxslər üçün gündəlik gəzinti kimi sadə fəaliyyətlər belə, ömür müddətinə təsir edə bilər.

AZƏRTAC xəbər verir ki, araşdırmada, ABŞ əhalisinin milli sağlamlıq və siyahıyaalma məlumatları, 2017-ci il ölüm statistikası, həmçinin 2003-2006-cı illər Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusundan alınan fiziki fəaliyyət göstəriciləri təhlil edilib. Araşdırmanın nəticələrinə əsasən əhalinin ən fiziki cəhətdən aktiv 25 faizi gündəlik orta hesabla saatda təxminən 3 mil sürətlə 160 dəqiqə gəzərək bu səviyyəni qoruyur. Fiziki baxımdan ən az aktiv 25 faiz üçün bu səviyyəyə çatmaq ömürlərini əlavə olaraq 11 ilə qədər artıra bilər. Hər saat gəzinti onların ömrünü təxminən 6 saat uzatma potensialına malikdir.

Kaliforniyada yerləşən “Providence Saint John” Sağlamlıq Mərkəzinin Sakit Okean Neyrologiya İnstitutunda proqram direktoru Rayan Qlat bildirir ki, fiziki fəaliyyətdə hətta kiçik artımlar belə, yoluxucu olmayan xəstəliklər və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə az aktiv insanlar üçün bu faydalar daha nəzərəçarpandır.

Yel Unversitetinin Tibb Fakültəsinin idman tibbi həkimi Kristofer Şneble araşdırmanın nəticələrini şərh edərək bildirib: “Bu araşdırma fiziki fəaliyyətin ölüm riskini azaltdığını təsdiqləyir və oturaq həyat tərzindən daha aktiv yaşam tərzinə keçidin sağlamlığa müsbət təsirini əlavə sübutlarla ortaya qoyur”.

Tədqiqat müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Lakin gündəlik fiziki fəaliyyətin psixi və fiziki sağlamlığa təsiri artıq yaxşı məlumdur. Hərəkətsizlik isə bir çox sağlamlıq probleminin, o cümlədən vaxtından əvvəl ölümün əsas səbəbi hesab edilir. Bu tapıntılar fiziki aktivliyin sağlamlıq və uzunömürlülük üçün əhəmiyyətini bir daha ortaya qoyur. Mütəxəssislər daha aktiv həyat tərzinin seçilməsinin sadə və təsirli sağlamlıq strategiyası olduğunu qeyd edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 03:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri