Günel Natiq Rüfətdən yazdı: İntihar edəcəyini deyirdi...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rüfət 15 il əvvəl ədəbi cameədə aktiv idi. Feysbukda söhbətlərimiz olurdu. Sonra yoxa çıxdı. Keçən il yenidən peyda oldu. Başqa adla danışırdı, amma tanıdığım biri olduğunu hiss etdim. Məndə də adları unutmaq problemi var. Yadımda yalnız dağlı olduğu qalmışdı. Soruşdum ki, dağlısan? “Yox, - dedi: amma dağlıları sevirəm”.
Kult.az xəbər verir ki, bu sözləri yazıçı Günel Natiq ötən gün həyatına son qoyan yazıçı-jurnalist Rüfət Əhmədzadə haqda qeyd edib.
“Nəsə, Rüfət olduğunu anladım, adını birtəhər yadıma sala bildim. Dedi ki, Feysbuk köhnə insanların yeridir, sən get X-ə, Z nəslinin yanına. Dedim, elə mən də köhnə adamam.
Sonra yenə yoxa çıxdı. Amma bu sözü heç unutmadım. Deyirdi ki, mən 40 yaşıma qədər intihar edəcəyəm.
Dünən nədənsə Rüfəti xatırladım, elə o Tvitter söhbətini. Bu gün də bu xəbər...
Çox fərqli, çox istedadlı, çox savadlı insan idi. Fərqli insanların taleləri də fərqli olur.
Amma yenə də elə düşünürəm ki, bu xəbər yalandır, Rüfət həyatdadır.
Əslində, həyatla ölümün də sərhədi itib...
P.S. Yadıma düşür ki, o 86-cı ildəndir, bu il onun 40 yaşı oldu!” – G.Natiq bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 23 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















