Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir.
Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:
"Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yollar çox bərbad vəziyyətdədir. Yağış yağanda yol çökür, qonşuların kanalizasiya suları isə küçəyə axır. Bu səbəbdən Günel Zeynalova bağ evinə rahat gedə bilmir".
Nəzər Nəzərli qeyd edib ki, bu məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilməyib:
"Yolun təmir olunmasına ehtiyac var. Günel xanım məsələ ilə bağlı sosial şəbəkə hesabında Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edərək yolun bərpasına kömək göstərilməsini xahiş edib".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 28 İyul 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















