Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri ŞƏRH

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Fransa və Almaniyada keçirilən etirazları yalnız ayrı-ayrı sosial qrupların narazılığı kimi qiymətləndirmək düzgün olmazdı. Bu proseslər Avropanın bir sıra ölkələrində uzun müddətdir yığılıb qalan sosial-iqtisadi problemlərin daha geniş siyasi müstəviyə keçdiyini göstərir.

İlk növbədə, burada yaşayış xərclərinin artması, əhalinin alıcılıq qabiliyyətinə təzyiqlər, mənzil təminatı, təhsil sistemindəki problemlər və sosial bərabərsizlik kimi məsələlər ön plana çıxır. Xüsusilə gənc nəslin etirazlarda fəal iştirakı diqqət çəkir. Bu, müəyyən mənada onların gələcək iqtisadi imkanları və sosial təminatları ilə bağlı narahatlıqlarını əks etdirir. Digər mühüm məsələ dövlət büdcəsinin prioritetləridir. Avropa ölkələri bir tərəfdən müdafiə və təhlükəsizlik xərclərini artırmağa, digər tərəfdən isə sosial proqramları və dövlət xidmətlərini maliyyələşdirməyə çalışırlar. Məhdud maliyyə imkanları şəraitində bu istiqamətlər arasında tarazlığın qorunması getdikcə çətinləşir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanov deyib.

O qeyd edib ki, Almaniyada iqtisadi artımın zəifləməsi, sənaye sektorunun üzləşdiyi problemlər və enerji xərcləri ictimai narahatlıqları artıran amillərdəndir. Fransada isə sosial narazılıq daha geniş siyasi məzmun daşıyır və hökumətin iqtisadi islahatlarına, dövlət xidmətlərinin vəziyyətinə və idarəçilik metodlarına münasibətlə sıx bağlıdır.

“Burada bir məqamı nəzərə almalıyıq: Avropa ölkələrində etirazların keçirilməsi özlüyündə demokratik institutların böhranı demək deyil. Narazılıqların davamlı xarakter alması və müxtəlif sosial təbəqələri əhatə etməsi hakimiyyətlə cəmiyyət arasında etimadın zəifləməsi ehtimalını gündəmə gətirir. Hazırda Avropada müşahidə olunan əsas tendensiya sosial-iqtisadi narazılığın tədricən siyasi təmsilçilik və dövlət idarəçiliyinin effektivliyi məsələsinə çevrilməsidir. İnsanlar yalnız iqtisadi vəziyyətin yaxşılaşdırılmasını deyil, həm də siyasi qərarların onların gündəlik həyatına real müsbət təsir göstərməsini gözləyirlər. Bu baxımdan, hökumətlərin qarşısında duran əsas vəzifə etirazların yalnız nəticələrinə reaksiya vermək deyil, onların yaranmasına səbəb olan struktur problemləri aradan qaldırmaqdır”, - deyə o qeyd edib.

Y.Qurbanov Fransadakı mövcud vəziyyəti qiymətləndirərkən sosial narazılığın yalnız son həftələrin hadisəsi olmadığını nəzərə almağın vacibliyini bildirib. O qeyd edib ki, Prezident Emmanuel Makronun hakimiyyəti dövründə ölkə bir neçə dəfə genişmiqyaslı etiraz dalğaları ilə üzləşib. 2018-ci ildə başlayan “sarı jiletlilər” hərəkatının əsas səbəbləri arasında yanacaq qiymətlərinin artması, vergi siyasəti və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi dayanırdı. Sonrakı illərdə pensiya islahatları, xüsusilə pensiya yaşının artırılması ilə bağlı qərarlar da ciddi ictimai narazılığa səbəb oldu. Bu hadisələr göstərir ki, Fransa cəmiyyətinin müəyyən təbəqələri ilə hakimiyyət arasında sosial-iqtisadi siyasətin istiqamətləri və islahatların həyata keçirilməsi üsulları ilə bağlı uzunmüddətli fikir ayrılıqları mövcuddur.

Fransanı böhrünü sürükləyən əsas səbəblər

Ekspert Fransada mövcud vəziyyətlə bağlı üç əsas problemi qeyd edib.

“Birincisi, iqtisadi və sosial problemlərdir. Yaşayış xərcləri, mənzil təminatı, dövlət xidmətlərinin keyfiyyəti və əhalinin müxtəlif sosial qrupları arasında iqtisadi imkanların qeyri-bərabərliyi ciddi müzakirə mövzusu olaraq qalır. Enerji bazarlarında yaşanan qeyri-sabitlik də həm ev təsərrüfatlarına, həm də biznes sektoruna əlavə təzyiq yaradır.

İkincisi, siyasi idarəçilik və ictimai etimad məsələsidir. Makron administrasiyasının bəzi islahatları həyata keçirmə üsulları, xüsusilə parlament prosedurlarından istifadə və etirazlara münasibət, Fransa cəmiyyətində geniş müzakirələrə səbəb olub. Hökumət bu addımları iqtisadi və institusional zərurətlə əsaslandırsa da, tənqidçilər qərarların qəbulunda ictimai dialoqun kifayət qədər təmin olunmadığını bildirirlər.

Üçüncüsü, miqrasiya və sosial inteqrasiya məsələsidir. Fransa uzun illərdir miqrantların cəmiyyətə inteqrasiyası, əmək bazarına çıxışı, mənzil təminatı və ictimai təhlükəsizlik məsələləri ilə üzləşir. Bu mövzular ətrafında siyasi qüvvələr arasında ciddi fikir ayrılıqları mövcuddur. Bununla belə, miqrasiyanı bütün sosial-iqtisadi problemlərin əsas səbəbi kimi təqdim etmək düzgün olmazdı. Burada iqtisadi siyasət, əmək bazarının strukturu və sosial inteqrasiya mexanizmləri də mühüm rol oynayır.

Məsələyə Azərbaycanın maraqları baxımından yanaşsaq, qeyd etmək lazımdır ki, Bakı ilə Paris arasında son illərdə müəyyən siyasi fikir ayrılıqları mövcud olub. Xüsusilə Fransanın Ermənistanla hərbi-siyasi əməkdaşlığı və Cənubi Qafqazdakı proseslərə münasibəti Azərbaycan tərəfindən tənqid edilib.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda davamlı sülhün təmin olunması üçün bütün beynəlxalq tərəfdaşlar suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan balanslı siyasət yürütməlidirlər”, – deyə Yunis Qurbanov fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri