Icma.az
close
up
RU
Günəş enerjisi ilə işləyən işıq dirəklərində çatışmazlıqlar var AÇIQLAMA

Günəş enerjisi ilə işləyən işıq dirəklərində çatışmazlıqlar var AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günəş işıqları ilə işləyən işıq dirəkləri günəşdən enerji toplayaraq işıqlandırma təmin edən ekoloji və iqtisadi bir həll yoludur. Bu cür dirəklərdən dünya üzrə bir çox ölkə və şəhərlərdə istifadə olunur. Məsələn, günəş enerjisi sahəsində lider olan Çinin bir çox şəhərlərində günəş enerjisi ilə işləyən küçə işıqlarını quraşdırılıb. Həmçinin Filippində, Avstraliyada, Hindistanda, ABŞ-də günəş enerjisi ilə işləyən işıq dirəkləri geniş yayılıb.

Bəs nə üçün Bakıda günəş enerjisi ilə işləyən işıq dirəklərindən istifadə olunmur?

Mövzu ilə əlaqədar Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, günəş enerjisi ilə işləyən işıq dirəklərinin olması çox gözəl və yeni bir texnologiyadır. İlk növbədə bu, işığa qənaətdir:

"Bakı ərazisində elə yerlər, elə küçələr var ki, onların hamısında yeraltı kabelləşmə sistemi qurulub, işıq dirəkləri qoyulub. İndi həmin yerlərdə işıq dirəklərinin dəyişdirilməsi, məncə, məqsədəuyğun olmaz. Ola bilər ki, Baş Plana uyğun təzə salınan küçələrdə, məhəllələrdə, yollarda belə işıq dirəkləri tətbiq edilsin".

Memar qeyd etdi ki, günəş enerji panellərilə işləyən işıq dirəklərini biz də tətbiq eləmişik, ancaq onların bəzi çatışmazlıqları var:

"Belə ki, dirəklərə toz qonduqda enerjini alıb ötürə bilmir. Bir neçə yerdə bunu təcrübədən keçirmişəm. Gərək mütəmadi olaraq silinə. Bu barədə onun pasportunda da var. Hətta texnologiyanı istehsal edənlər, satışını həyata keçirənlər də deyir ki, hər bir işıq dirəyi nəqliyyata mane olmaması üçün silinməlidir. Nəzərə alsaq ki, qış aylarında, yağışlı günlərdə bu enerjini yığa bilmir, axşamlar da o işığı ötürə bilmir və yaxud zəif ötürür, bu da nəqliyyat vasitələri və piyadalar üçün təhlükə şəraiti yaradır".

C.Həsənovun sözlərinə görə, texnologiyalar daha güclü və effektli şəkildə dirçəldikdən sonra, təzə məhəllələrdə, kabelləşdirmə mümkün olmayan, çox vəsait tələb edən yerlərdə günəşlə işləyən işıq dirəklərini tətbiq etmək olar və yəqin ki, bununla əlaqədar qurumlar məşğul olur.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri