Icma.az
close
up
RU
Günəş ömrü yaşayanlar FOTO

Günəş ömrü yaşayanlar FOTO

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şərəfli bir zəfər gətirdi. Belə ki, Azərbaycanın qorxmaz, cəsur övladları 30 il düşmən tapdağına dönən əzəli yurd yerimiz olan Qarabağı 44 günə azad edib, böyük tarixi keçmişə malik bir xalqın həsrətinə son qoyuldu. 17 noyabr 1990-cı ildə Lənkəran rayonu, Nüvədi kəndində dünyaya gələn Vüsal Kamran oğlu Kazımov da bu haqq savaşımızda xüsusi hünər göstərdi və canını Vətəninə fəda etməklə tarix yazdı. Bu gün Vüsal cismən aramızda olmasa da, adı Lənkəran camaatının dilində əsl övlad məhəbbəti ilə çəkilir, yaxşı əməllərdə, ürəklərdə yaşayır.
Ömrünün 30 ilində Vətən müharibəsinin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası Kamran müəllim Lənkəran Dövlət Universitetinin professor, Astara Pedaqoji Kollecin direktorudur. Daxilən zəngin, nəcib, xeyirxah insan olan, ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Kamran müəllim həmişə çalışır ki, tələbələri yüksək bilik almaqla bərabər, həm də Vətənini, torpağını sevməyi bacarsınlar. Bu kamil, yetkin şəxsiyyət cənub bölgəsində yaxşı hörmət sahibidir. Vüsalın anası Gülər xanım isə Lənkəran rayonu, Yuxarı Nüvədi kənd məktəbində sinif müəllimidir. Böyük ürək, həssas qəlb sahibi olan bu gözəl insan peşəsini sevdiyinə, el-obada nəcib əməllərə görə insanların gözündə ucadır. Fəqət, belə bir millətin mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan ailədə böyüyən, saf insanlardan tərbiyə alan Vüsal yetkinlik yaşına çatanda bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Həyatda dəyərli, mənalı ömür yaşamaqdan ötrü ən düzgün yolu ali təhsil alıb insanlara fayda verməkdə görür. Bu müqəddəs amalla 2007-ci ildə sənədlərini Lənkəran Dövlət Universitetinə verir, oxumağa “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki “ ixtisasını seçir. Təhsil aldığı illərdə Vüsalın savadı, mənəvi saflığı, dünyagörüşü, həyata fərqli baxışı onu həmişə tələbələrin, müəllimlərin maraq dairəsində saxlayır. Məktəbi bitirəndə artıq onun adı da cəmiyyət tərəfindən hörmət qarşılanan insanlar sırasında çəkilir.
Vüsal Kazımov 2011-ci ildə ordu sıralarına yola düşür. İki ay Təlim Tədris Mərkəzində kursant olur. Tağım komandiri vəzifəsində Vətənin keşiyində durur. Vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, Vətənə əsl oğul məhəbbəti, millətinə bağlılığı xidmət etdiyi hərbi hissədə onun hörmətini, nüfuzunu artırır. Həmişə mənfur düşmən tapdağında olan Qarabağı düşünən komandir deyir:” Müqəddəs Vətən torpaqları uğrunda döyüşüb, onu işğalçılardan azad etmək bizim birinci borcumuzdur.”
Qəlbi Qarabağı azad görmək eşqi ilə döyünən Vətən sevdalısı nümunəvi xidmətdən sonra üzüağ doğma Lənkəran elinə qayıdır. Xeyirxah, ülvi məqsədlərə doğru inamla irəliləyən gənci Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə götürürlər. İşinə sevgi dolu ürəklə yanaşır, səmimiyyəti, səmərəli, məhsuldar fəaliyyəti yalnız uğurlara səbəb olur. Yaşayıb-yaratmaq həvəsi ilə çalışan Vüsal işləməklə bərabər, hə də Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasi üzrə təhsil alır. İşgüzarlığını, insanlara təmənnasiz münasibətini nəzərə alıb onu Lənkəran şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru vəzifəsinə seçirlər. Gözəl hisslərlə yaşamağı bacaran Vüsal burada da öz müqəddəs ideyalarını davam etdirir, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün böyük səy göstərir. Həmişə xəyalı Qarabağ torpaqlarında dolaşır, birinci Qarabağ müharibəsi şəhidlərin xatirəsinə idman yarışları keçirməklə uşaqlara qəhrəmanlıq hissləri aşılayır. Bir növ peşəsinə, işinə insan mənəviyyatın sehrli güzgüsü kimi baxan bu, dəyərli gənc müəllimlərin, şagirdləri sevimlisinə çevrilir.
El-obada xeyirxah əməlləri ilə tanınan, Qarabağın yağı tapdağından qurtulması üçün mübarizəyə hazır olan Vüsal Vətən müharibəsi başlanan gündən doğma torpağa sinələri sipər edən qəhrəmanların cərgəsinə qoşulur. Baş leytenant Füzulidə, Cəbrayılda, Xocavənddə şiddətli döyüşlər zamanı şücaət göstərərək, yağı düşmənə xeyli itki verir. Azad olunan torpaqları gördükcə qəlbindəki Vətən sevgisi aşıb-daşır. Hər döyüşə də qələbəmizə böyük inamla atılır. Mənfur erməni faşistləri ağır məğlubiyyətlərə uğramaqla ad qazanır. Təəssüf ki, Şuşada müharibə meydanında döyüş zamanı düşmən gülləsi ondan yan keçmir. Vətən sevgisi öz igid oğluna elə Vətənin zəfər salmasında əbədi yaşamaq xoşbəxtliyini bəxş edir...
Vüsalın halal ailə ocağında Nuray, Aynur adında iki qız uşağı böyüyür. Onlar ata məhəbbəti görməsələr də, qaldı ki, onun adı çəkiləndə həmişə fəxr edəcəklər. Və atanın Vətənə olan müqəddəs sevgisi qızların şərəfli bir ömür yaşamasına işıq olacaqdır. Həm də qızlar atanın dövlət tərəfindən layiq görüldüyü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına baxanda qəlb dünyalarinda bir igidlik dastanı başlanar...
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri