Icma.az
close
up
RU
Günəş şüasının belə düşmədiyi Sovetski yə indi həyat verilir

Günəş şüasının belə düşmədiyi Sovetski yə indi həyat verilir

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir vaxtlar Bakının mərkəzində "Sovetski" adlanan ərazidə nə yaşıl sahə, nə uşaq meydançası, nə də insanın nəfəs alacağı açıq məkan var idi.

Paytaxt günü-gündən böyüyür, inkişaf edir, müasirləşir, "Sovetski"də isə vəziyyət elə "sovetski" olaraq qalır - dar küçələr, çoxdan ömrünü başa vurmuş nimdaş tikililər, dağılmış gecəqondular.... Bu gün həmin ərazidə yaşayan insanlar tədricən yeni ünvanlara, müasir binalara köçürülür, gecəqonduların yerində isə göz oxşayan parklar yaradılır.

Ümumiyətlə, paytaxtda son illərdə parklara olan yanaşma dəyişib. Bakı artıq dünyanın ən çox park salınan şəhərlərindən birinə çevrilməkdədir. Bu, təkcə şəhərin görünüşünü dəyişmir, həm də ekoloji vəziyyətə, sosial rifaha və ictimai həyatın fəallaşmasına mühüm təsir göstərir.

Rəyini soruşduğumuz Bakı sakinlərinin də dediyi kimi: "Bakıda salınan yeni parklar Avropanı xatırladır".

Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan bu ərazi bu gün artıq yeni bir dövrə qədəm qoyur. İstismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görkəminə xələl gətirən tikililərin söküntüsünə başlanılıb.

Söküntü həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma baxımından müasir və funksional məkanların yaradılması məqsədi daşıyır. Ərazidəki binalar artıq nə texniki baxımdan dayanıqlıdır, nə də şəhərin bugünkü urbanistik inkişaf tempinə cavab verir.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə "Report"a açıqlamasında bildirib ki, bu ərazidəki dəyişikliklər təkcə söküntü ilə yekunlaşmır. Məqsəd həm də Mərkəzi Parkın ərazisini genişləndirmək, yeni yaşıllıq zolaqları salmaq və Bakı sakinləri üçün daha çox açıq, nəfəs alan məkanlar yaratmaqdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu isə deyib ki, hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Yeni bir şəhər mədəniyyəti doğulur...

Dövlət orqanları bildirir ki, bütün proseslər mərhələli şəkildə, qanuni çərçivədə və uzun illər bu çətin şəraitdə yaşamış sakinlərlə dialoq əsasında həyata keçirilir. Məqsəd "Sovetski" kimi ərazilərdə yalnız fiziki və mənəvi baxımdan aşınmış tikililəri sökmək deyil, həm də sosial-mədəni baxımdan daha dəyərli məkanlar yaratmaqdır.

Yaxın gələcəkdə həmin ərazilərdə parklar, idman meydançaları, mədəniyyət obyektləri və sosial layihələr üçün yeni imkanlar formalaşacaq. Bu isə Bakı üçün təkcə vizual deyil, funksional baxımdan da müsbət nəticələr vəd edir.

"Sovetski" ərazisindəki köhnə, təhlükəli və urbanistik baxımdan yararsız binaların sökülməsi və onların yerində yaradılacaq yaşıl, açıq ictimai məkanlar şəhərin gələcəyi üçün böyük bir dönüş nöqtəsidir.

Landşaft memarı Bəhruz Hacıyev "Report"a açıqlamasında son illərdə parkların istirahət üçün ideal vəziyyətə gətirildiyini qeyd edib:

"Amma onu da nəzərə almaq lazımdır ki, abadlıq işləri plana uyğun aparılmalıdır. Köhnə yaşayış yerləri, su və elektrik xətləri layihəyə uyğunlaşdırılmalıdır. Həm tarix qorunmalıdır, həm də yaşıllıq sahələrin sayı artırılmalıdır".

Memarlıq üzrə elmlər doktoru professor Elçin Əliyev də şəhərin daim inkişaf etdiyini və bu zaman köhnə binaların yerində yenilərinin tikilməsinin zəruri olduğunu deyib:

"Bakı bu gün həm keçmişin izlərini hörmətlə silir, həm də gələcəyin nəfəs alan, yaşana bilən, müasir şəhər modelini qurur. Bu, sadəcə memarlıq və abadlıq deyil. Bu, yaşayış mədəniyyətinin dəyişməsidir. Şəhər canlı bir orqanizmdir və inkişaf etməlidir".

Belə ki, bu dəyişiklik sadəcə memarlıq və abadlıq deyil, həm də bir düşüncə çevrilişidir.

Bir zamanlar "Sovetski"də insanlar səhəri sanki divarlarla danışaraq açır, dar keçidlərdə tələsik addımlarla gündəlik həyatına davam edirdi. O küçələrdə təbiət yox idi. Ağacın kölgəsi, quşun səsi, uşaq gülüşü rahatlıqla özünə yer tapa bilmirdi. İndi isə həmin ərazidə otlar cücərir, ağaclar kök salır, şəhərin sinəsinə nəfəs dolur.

Bu ərazidə uzun illər boyu bir-birinə sıxılan binalar, dar və havasız küçələr, Günəşin belə yol tapa bilmədiyi tənha həyətlər indi artıq tarixə qarışır. Həmin məkanlar Günəş işığı ilə dolur, nəfəs alır, canlanır.

"Sovetski"dən "yaşıl gələcəyə" gedən yol sadəcə asfaltla döşənmiş bir küçə deyil. Bu yol Bakının öz gələcəyinə uzanan baxışıdır. Bu, gələcək nəsillərə miras qalacaq bir şəhər mədəniyyətinin, daha gözəl, daha yaşanabilən bir paytaxtın simvoludur. Burada salınan hər ağac, qurulan hər oturacaq, çəkilən hər cığır bir arzu, bir niyyət, bir yeni başlanğıcdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri