Icma.az
close
up
RU
Günəşdə 2 PARTLAYIŞ: Yerə doğru irəliləyir

Günəşdə 2 PARTLAYIŞ: Yerə doğru irəliləyir

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bildiriblər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu partlayışlarla birlikdə Günəşdən kosmosa atılan radioaktiv hissəcik kütləsi 16 aprel tarixində Dünyaya çatacaq və planetin maqnit sahəsini vuracaq.

Çünki bu partlayışlar nəticəsində koronal kütlə atımı (CME) adlanan plazma püskürmələri yaranır. CME-lər dünyaya çatarsa, planetin ətrafını saran qoruyucu maqnit sahəsi ilə qarşılıqlı təsirə girir. Maqnit sahəsi, radioaktiv hissəciklərin dünya səthinə çatmasını qarşısını alaraq canlıları qoruyur.

Günəş fırtınası adı verilən bu hadisə nəticəsində Dünyanın orta enliklərinə qədər uzanan bir bölgədə aurora, yəni şimal işıqları müşahidə oluna bilər.

Ancaq CME-lər, eyni zamanda Günəş fırtınaları uyduları da təsir edərək GPS siqnallarını və radio rabitəsini pozaraq dünya səthində rabitəni tamamilə dayandıra bilər.

ABŞ Milli Atmosfer və Okean İdarəsi (NOAA) Dünya'ya doğru irəliləyən Günəş fırtınasının G2 kateqoriyasına çatacağını bildirib.

G2 səviyyəsi, NOAA-nın beşlik miqyasında orta şiddətli bir geomaqnit fırtınasına işarə edir. Bu təsnifat G1 (ən yüngül) ilə G5 (ən şiddətli) arasında dəyişir.

G2 şiddətində bir fırtına nəticəsində aşağıdakı hadisələr baş verə bilər:

Qütb bölgələrində radio rabitəsində pozulmalar yaşana bilər.

Yüksək və orta enliklərdə (məsələn, Kanada, Skandinaviya, ABŞ) aurora (şimal işıqları) görünə bilər.

Peyk sistemlərində və GPS xidmətlərində kiçik sapmalar, bəzi hallarda qısa müddətli kəsilmələr ola bilər.

Elektrik şəbəkələrində kiçik dalğalanmalar və ya xəbərdarlıqlar yaranar, lakin ümumiyyətlə böyük ölçülü zərər verməz.

Kosmosdakı astronavtlar və peyklər üçün radiasiya səviyyəsi arta bilər.

NOAA, qısa müddət əvvəl Günəşin rəsmi olaraq "solar maksimum" dövrünə girdiyini açıqlamışdı.

Bununla Günəş 11 illik fəaliyyət dövrünün zirvəsinə yaxınlaşmış oldu.

Bu da yaxın zamanda ulduzda daha çox partlayışın baş verə biləcəyini və Günəş fırtınalarının sayının artacağını göstərir.

Günəş hər 11 ildə bir dəfə sakit və ya fırtınalı keçən dövrünü tamamlayır və yenisini başlayır.

Ulduz 2019-cu ildə 25-ci dövrünə başlayıb.

Bu dövrlərdən daha sakit olanına, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrə "solar minimum" deyilir.

Günəş ləkələrinin artdığı və partlayışların daha çox olduğu dövrlərə isə "solar maksimum" adı verilir.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri