Günəşdə partlayışlar sabitləşməyə doğru gedir? Alimlərdən açıqlama
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər Günəşdə partlayış aktivliyinin tam şəkildə sabitləşəcəyini proqnozlaşdırırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
"Geomaqnit vəziyyət sakitdir, sadəcə az da olsa, zəif dalğalanmaların baş vermə ehtimalı var. Partlayış aktivliyi tam stabilləşməyə doğru gedir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl M sinfinə məxsus partlayış qeydə alınıb.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Baxış sayı:89
Bu xəbər 20 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















