Icma.az
close
up
RU
Güney Azərbaycanlı ana: Əhər Vətəndaşlıq Dairəsi oğlumun adını “Elman” əvəzinə “Əlman” kimi qeyd edib

Güney Azərbaycanlı ana: Əhər Vətəndaşlıq Dairəsi oğlumun adını “Elman” əvəzinə “Əlman” kimi qeyd edib

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Güney Azərbaycanlı ana Əhər qeydiyyat şöbəsini oğlunun adını “Elman” əvəzinə “Əlman” kimi qeyd etdiyinə görə tənqid edərək, “Həqiqətən təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur” deyib.

Gunaz.tv

Bu barədə uşağın anası Xanım Haniyə Balamın Adı kampaniyasına danışıb.

"Hamiləliyim zamanı yoldaşımla Təbrizə getdiyim səfərdə bu şəhərdə Elman adlı böyük bir kompleksin adı diqqətimizi çəkdi. Elman adı bizə çox melodiyalı və mənalı gəldi, ona görə də uşağımız üçün bu adı seçmək qərarına gəldik. Sonradan öyrəndik ki, Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsi eyni səsli türk adlarına doğum haqqında şəhadətnamə verilməsinə mane olur. 2025-ci il fevral 28-də, oğlumuz dünyaya gələndə həyat yoldaşım doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə getdi. Bir neçə saatdan sonra zəng edib dedi ki, məmurlar Elmanın adını doğum şəhadətnaməsinə Əlman olaraq qeyd ediblər. Biz bu iki adın fərqli məna daşımasına nə qədər etiraz etsək də, onlar etirazlarımıza məhəl qoymadılar. Əvvəlcə sistemin həmzə işarəsini qəbul etməyəcəyini dedilər, sonra da dedilər ki, 18 yaşı tamam olandan sonra şəxsiyyət vəsiqəsini dəyişib, istədiyi adda sənəd ala bilər. İndi biz kənar şəxslərin oğlumuza Alman deyib lağ etmələrindən narahatıq. Həqiqətən çox təəssüf ki, Türk olaraq övladımıza türkcə ad seçmək hüququmuz belə yoxdur." - deyə Xanım Haniyə bildirib.

Qeyd edək ki, Vətəndaşlıq Qeydiyyatı Təşkilatının ad sistemində Elman, Eldar, Elana və Sevgi kimi həmzəli türk adları "seçilməz" olaraq göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, ancaq Faizə, Faiqə və Maidə kimi türkcə olmayan adlara isə doğum şəhadətnaməsi heç bir problemsiz verilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri