Icma.az
close
up
RU
Güney Qafqaz Rusiyaya qarşı birləşsin çağırışı Gözlənti

Güney Qafqaz Rusiyaya qarşı birləşsin çağırışı Gözlənti

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Kreml strateji mövqelərini əldən verib - üç respublika “Qafqaz evi” ideyasını gerçəkləşdirə biləcəkmi?

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri, uzun müddət Qarabağ danışıqlarına başçılıq etmiş diplomat Jirair Liparityan Azərbaycan-Ermənistan münasibətləri, Vaşinqton görüşü ilə bağlı geniş məqalə ilə çıxış edib. O, 30 bənddən ibarət mövqeyini “Aravot” qəzetində dərc etdirib.
Liparityan bildirib ki, Vaşinqton razılaşması doğru addımdır. O fikirlərinin belə ümumiləşdirib: “İndi problem Ermənistan və Azərbaycanın Gürcüstanla birlikdə işləməsi və sülhə gedən yolun hər hansı bir xarici qüvvə tərəfindən pozulmasına imkan verməməsidir. Əks halda, onlar kənardan manipulyasiya və yenidən münaqişələr dövrünə qayıdacaqlar”.
Erməni diplomat qeyd edib ki, hər üç paytaxt birlikdə hərəkət etməsə, onlara “peşka” və ərazisindən yalnız boru kəmərlərinin keçdiyi ölkələr kimi baxılacaq: “Azərbaycan və Ermənistan artıq sübut etdilər ki, onlar öz suverenliyini gücləndirəcək yolu inkişaf etdirməyə qadirdirlər. İndi onu saxlaya bilirlər. Suverenlik həm də məsuliyyət daşıyır: ilk növbədə, suverenliyin həyata keçirildiyi xalqların üzərində”.
Liparityan Qarabağın Azərbaycana aid olduğunu əvvəldən etiraf edən erməni siyasətçilərdəndir. İllərlə müsahibələrində qeyd edib ki, münaqişə həll edilməlidir və Ermənistan Rusiyanın boyunduruğundan xilas olmalıdır. Hazırda Rusiyanın Cənubi Qafqazda təsirləri azalıb. Hətta regiondan çıxarıldığı iddia olunur. Məsələn, avrasiyaçılıq ideyasının təbliğatçısı Aleksandr Duqin bu qənaətdədir ki, Rusiya yanlış siyasəti ucbatından Güney Qafqazı itirib və oradan çıxarılıb.
Ekspertlər də bu fikirdədir ki, Cənubi Qafqazda baş verən son proseslər Rusiyanın regionda tədricən etibarını və təsir imkanlarını itirdiyini göstərir. Ancaq maraqlıdır ki, Kreml və ona yaxın media orqanları bu prosesin səbəblərini aydın və obyektiv şəkildə təhlil etmək əvəzinə, məsuliyyəti birtərəfli şəkildə Qərbin üzərinə yükləməyə çalışır. Ermənistanın açıq şəkildə Qərbə yönəlməsi, Azərbaycanın öz yolunu müstəqil şəkildə müəyyən etməsi fonunda Gürcüstan da Rusiya üçün yeni narahatlıq mənbəyidir. Rusiya mediası Avropa Birliyi və Avropa Parlamentinin Tiflisə yönəlik son qərarlarını “inqilabi ssenari”nin başlanğıcı kimi təqdim edir. Cənubi Qafqaz artıq Moskvanın “arxa bağçası” deyil. Azərbaycan, Gürcüstan və Ermənistan - hər biri öz yolunu seçməkdə qərarlıdır və bu yol Kremlə yox, suverenliyə, demokratik inkişaf modelinə və regional tərəfdaşlıqlara aparır. Rusiya isə bu reallığı qəbul etmək əvəzinə, öz uğursuzluqlarını Qərbin üzərinə atmaqla məşğuldur.
Yeni Qafqaz düzəni artıq formalaşmaqdadır. Bu düzəndə hər bir ölkə öz milli maraqlarına uyğun şəkildə qlobal və regional güclərlə balanslı əməkdaşlıq qurur. Rusiya isə bu düzənin tərkib hissəsi yox, getdikcə arxaikləşən və təcrid olunan bir aktora çevrilməkdədir. Bu isə Cənubi Qafqazda yeni siyasi səhifənin açıldığını və Moskva üçün həmin səhifənin artıq bağlandığını göstərir.
Bəs Liparityanın çağırışları indiki reallıqlarda nə dərəcədə realdır? Gürcüstan da bu prosesə qoşula bilərmi?

Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Rusiyanın Cənubi Qafqazda heç vaxt olmadığı qədər zəif dövrüdür. Onun sözlərinə görə, “Qafqaz evi” ideyası üçün geniş imkanlar açılır və hər üç dövlət bu fürsəti dəyərləndirə bilər: “Müharibə Rusiyanın strateji mövqelərinin itirilməsinə səbəb olmaqdadır. Rusiya Qarabağdan, Qafqazdan, Suriyadan, hətta Liviyadan çıxmalı olub. Onun qayıdışı çətin olacaq, ya da illər lazım gələcək. Çünki burada söhbət təkcə Rusiyanın bizim regionda zəifləməsindən getmir, bölgədə digər güclərin varlığı nəzərə alınmalıdır. Yəni dünya nizamı dəyişir və artıq Çin belə Cənubi Qafqaza təsir edə bilir. Ona görə Rusiyanın hegemonluğu bitməkdədir və Cənubi Qafqazda dominantlığı itirib. Diqqət edin, Türkiyə, ABŞ, Avropa İttifaqı, Çin, İsrail, Britaniya Cənubi Qafqazda bu və ya digər şəkildə mövcuddur. Xüsusi vurğu ilə deməliyəm ki, Azərbaycanın güclü müttəfiqləri var. Bu baxımdan, Rusiya regionda bu qüvvələrlə hesablaşmaq məcburiyyətində qalıb”.
R.Məmmədova Ermənistan və Gürcüstanda Rusiyanın təsirlərinin tam azalmadığını fikirləşir: “Ermənistan iri addımlar atır, amma hələ də hərbi və iqtisadi cəhətdən ruslar oradadırlar. Rusiyanın oradan tamamilə çıxması real deyil, lakin kifayət qədər təsirləri minimuma endirilə bilər. Gürcüstanda isə mövcud iqtidar Moskvaya yaxındır. Yəni ictimai rəy Rusiyanı dəstəkləmir. Ona görə Qafqazda sülh prosesi, kommunikasiyaların işə düşməsi inteqrasiyanı sürətləndirəcək ki, Gürcüstana da təsiri olacaq. Tarixdə növbəti bir şans var ki, üç ölkə ”Qafqaz evi" yaratsın. İndiki halda, Bakı ilə İrəvan keçmiş erməni diplomatın təbirincə desək, bəli, birgə addımlayır, koordinasiyalı hərəkət edir. Bu da Rusiyadan uzaqlaşmayaq səbəb olur. Sanki bir sinxron siyasət var. Tiflis isə hələlik istisnadır. Lakin onun Avropa Birliyinə bu iki ölkədən daha əvvəl yaxınlaşması tezliklə yeni addımlar atmasına səbəb ola bilər. Bütün gedişat Azərbaycanla Ermənistanın addımlarından asılı olacaq. Qafqaz ölkələri Rusiyaya qarşı birləşmirlər, sadəcə, Kremlə bərabərhüquqlu yanaşma, normal iqtisadi əməkdaşlığın qurulmasını izah edirlər".
Təhlilçi Rusiyanın bu bölgədə mövqeyinin zəifləməsini öz günahı sayır: “Moskva qonşuları ilə normal dostluq əlaqələri qurmaq istəmir, ətrafını təhdid etməklə nəzarətində saxlamaq niyyətindədir. Bu ”ənənəvi" təzyiq siyasəti isə yürümür. Dünyada və regionda yeni nizam qurulmaqdadır, ölkələr müstəqil siyasət həyata keçirmək istəyirlər. Bu səbəbdən, Rusiya da öz siyasətinə yenidən baxmaq məcburiyyətindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Avqust 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri