Icma.az
close
up
RU
“Günü dörd manata kirayədə qalırdıq, elə həddə gətirdi ki, öldürdüm” MƏHKƏMƏ

“Günü dörd manata kirayədə qalırdıq, elə həddə gətirdi ki, öldürdüm” MƏHKƏMƏ

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən H.Həsənov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildiyini deyib.

Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib. Təqsirləndirilən H.Həsənov Zəfər Məmmədovu iki ilə yaxındır tanıdığını, bir aya yaxın müddətdə birlikdə kirayədə yaşadıqlarını bildirib:

"Biz günü dörd manata eyni otaqda kirayədə qalırdıq. Həmin gün çox içmişdik; 500 qramlıq bir butulka şüşəni elə ikimiz boşaltdıq. Mən əvəllər də  məhkum olmuşdum. Zəfər bunu bilirdi deyə hər fürsətdə bunu başıma qalxıb məni alçaltmağa, hər dediyimə lağ eləməyə çalışırdı. Həmin gün də içki içəndın sonra möhkəm mübahisəmiz düşdü. Zəfər içkini sona qədər içə bilmədi, gedib yerində uzandı. Mən əsəblərimi sakitləşdirmək üçün  siqaret yandırdım. Zəfərin təhqirləri, məni alçaltması gözümün qabağından getmirdi. Çantamda saxladığım bıçağı çıxarıb Zəfər yatan yerə yaxınlaşdım və ona zərbələr endirməyə başladım. O mənə müqavimət göstərməyə, əllərimi tutub saxlamağa çalışırdı. Bir qədər sonra o heydən düşüb xırıldamağa başladı. Mən onu öldürmək istəmirdim, Zəfər özü məni o vəziyyətə gətirdi. Əməlimdən peşimanam. İçkili olmasaydım, bəlkə də bu bədbəxtlik olmazdı".

Məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid X.A  təqsirləndirilən və mərhumun birlikdə yaşadıqları evin sahibəsi olduğunu deyib:

"Həmin gün gecə saatları idi. Mən onların otaqlarından gələn  taqqıltı səsini eşidib, nə baş verdiyini anlamaq üçün onları səslədim. Cavab gəlmədi, nigaran qalıb yuxarı çıxdım. Qapı, pəncərə bağlı idi. Qapını yumruqlayıb açılmasını tələb elədim. Hüseyn içəridən "Gəlmə bibi, çıx get"- dedi. Təkrar, təkidlə qapını döyəndə Hüseyn qapını açdı.Zəfərin harada olduğunu soruşdum. Cavab verdi ki, yatır. Onu sinəsindən itələyib içəri girəndə Zəfəri yataqda qəribə vəziyyətdə  uzanmış gördüm. Yaxınlaşıb " Ay bala, bu necə yatmaqdır?"-soruşdum, ondan cavab gəlmədi.  Elə yorğanı qaldıranda Zəfəri qan içində gördüm. Hüseyn  getmək istəyəndə, onu sinəsindən itələyib qoymadım, qışqırıb qonşuları çağırdım".

Şahid B.N hadisə baş verən ev sahibəsinin qohumu olduğunu deyib:

"Həmin vaxt bayram günləri idi, həyat yoldaşımın nənəsini ziyarətə gəlmişdik. Evə yaxınlaşanda insan qələbəliyini görüb nənəyə nə isə olduğunu düşünüb qorxdum. Maşından düşüb tez evə  yaxınlaşdım.Camaat  qapının ağzına toplaşmışdı. İçəri keçəndə Hüseynin başıaşağı vəziyyətdə oturduğunu gördüm. Əvvəl "təcili yardım"a, sonra polisə zəng elədim".

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlanıldığını bildirib.

Növbəti proses 24 iyul saat 11:30-a təyin olunub.

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və  Zəfər Məmmədov bir yerdə fəhlə işləyiblər və eyni evdə kirayədə qalıblar.

Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə düşüb, bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə nəticəsində H. Həsənov Z. Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürüb. Daha sonra isə bıçağı qonşunun həyətinə atıb.

Ev sahibi bildirib ki, H. Həsənov hadisəni törətdikdən sonra evi yandırmaq istəyib.

H. Həsənova qarşı AR Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 120.2.9 maddələri üzrə cinayət işi açılıb.Təqsirləndirilən Hüseyn Həsənovun 2008-ci ildə  CM-nin 120.1 maddəsi ilə 15 il müddətinə həbs olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri