Icma.az
close
up
RU
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir

“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Gürcüstanın Dövlət Bayrağı Günündə respublikada əsas mövzulardan biri hakimiyyətin öz opponentlərinin fəaliyyətini qanunvericiliklə qadağan etmək cəhdi olub. Fevralın əvvəlində Gürcüstan parlamentində Mixeil Saakaşvili rejiminin 2003-2012-ci illər arasında törətdiyi cinayətlərə görə “kollektiv milli hərəkat”ı ifşa etməli olan müvəqqəti komissiya işə başlayacaq. Uzunmüddətli perspektivdə bu, cəmiyyətdə parçalanmanın dərinləşməsinə səbəb ola bilər, lakin hakim “Gürcü arzusu” seçilmiş kursun düzgün olduğuna əmindir.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Parlament seçkiləri öncəsi hakimiyyətdə olan partiya seçicilərinə “Vahid Milli Hərəkat” (VMH), “Dəyişiklik üçün koalisiya”, “Güclü Gürcüstan” və “Gürcüstan naminə” partiyalarını konstitusiyaya zidd elan edəcəkləri vədini vermişdi. Hökumətin fikrincə, onlar onilliklər ərzində ölkənin milli maraqlarına xələl gətirir, onu Rusiyaya qarşı qoymağa çalışırlar.
Saakaşvilinin keçmiş tərəfdaşları yalnız VMH və “Dəyişiklik üçün koalisiya”da toplaşsa da, “Gürcü arzusu” bütün rəqiblərini “kollektiv milli hərəkat” adlandırır.
Seçicilərin ümumilikdə 37,76 faizi bu qüvvələrə səs verib. Lakin müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını və buna görə də nümayəndələrinin komissiyanın işində iştirak etməyəcəyini bildirərək, parlamentin yeni çağırışına qoşulmaqdan imtina edib. Qanunla komissiya üzvlərinin yarısı müxalifətdən olmalıdır, lakin bu məqamdan “Gürcü arzusu” siyahısı ilə parlamentə daxil olmuş “Xalqın gücü” partiyası asanlıqla yan keçə bilər. Onun liderlərindən biri Mixeil Kavelaşvili dekabrın sonunda Gürcüstanın prezidenti olub.
“Əlbəttə, bu istintaq komissiyasında parlament müxalifətinin nümayəndələri kimi iştirak edəcəyik və şübhəsiz ki, 6 aydan sonra “kollektiv milli hərəkat”ın cinayətkar siyasi təşkilat olduğunu sübut etmək üçün ciddi araşdırma tələb etməyəcək”, - deyə “Xalq qüvvələri”nin üzvü Quram Maçaraşvili bildirib.
Onun sözlərinə görə, hətta beynəlxalq məhkəmələr də Gürcüstan müxalifətçilərini cinayətkar kimi tanıyır.
“Onların (Saakaşvilinin tərəfdarlarının – NQ.) etdiklərinə siyasi qiymət verilməlidir. İnsanlar nə qədər qan töküldüyünü bilməlidirlər... Bu gün o yerə gəlib çatmışıq ki, onlar hələ də öz resursları ilə ölkəni geri qaytarılma ehtimalı olmayacaq bir mərhələyə gətirməyə çalışırlar”, - bunu "Gürcü arzusu"ndan parlamentin vitse-spikeri Giya Volski deyib.
Tbilisi meri Kaxa Kaladze isə bildirib ki, Gürcüstana qarşı xəyanətkar hərəkətlər edən hər kəs cavab verməlidir:
“Başqa ölkənin maraqlarına xidmət edən siyasi partiyalarımız olmamalıdır. Təəssüf ki, bizdə müəyyən siyasətçilər, siyasi partiyalar var ki, onlar vətənə xəyanət ediblər. Bunun kimin tapşırığı ilə edildiyini, kimin maraqlarına xidmət etdiyini bilmirəm, amma faktlar ortadadır - biz ərazi itirdik, mülki əhalini, qəhrəman əsgərlərimizi itirdik, qaçqınlar yarandı. Bütün bunlar adekvat cavab tələb edir”.
Parlamentin təhsil, elm və gənclərlə iş komitəsinin sədri Givi Mikanadzenin sözlərinə görə, araşdırma sentyabrda başa çatacaq. Bundan sonra “Gürcü arzusu” iş materiallarını prokurorluğa verməyi planlaşdırır.
İttihamlar arasında məhbuslara işgəncə, qətl, zorakılıq, vətəndaşların şəxsi həyatına müdaxilə, korrupsiya, aktivlərin ələ keçirilməsi və pul tələb edilməsi üçün təzyiq, media orqanlarının ələ keçirilməsi və 2008-ci ildə müharibənin başlaması daxildir.
Mikanadze qeyd edib: “Birgə yaşamaq birdəfəlik başa çatdı!”
Politoloq Nika Çitadze NG-yə deyib ki, “Gürcü arzusu” öz opponentlərinin fəaliyyətini qeyri-qanuni elan edib onlardan yaxa qurtarmağa çalışır:
“Parlamentə daxil olan dörd partiyadan yalnız ikisinin Saakaşvilinin hakimiyyəti ilə əlaqəsi olmasına baxmayaraq, onların hamısı özlərini “kollektiv milli hərəkat” adlandırırlar. Əvvəlcə söhbət yalnız informasiya müharibəsindən gedirdisə, indi hakimiyyət cinayət təqibi üçün zəmin hazırlayır. Bu klassik avtoritarizmdir. “Gürcü arzusu”nun müxalifətə ehtiyacı yoxdur. Lakin onun planlarını həyata keçirmək gücünün olub-olmayacağı bilinmir, çünki gürcülər demokratik dəyərləri müdafiə etməkdə qərarlıdırlar”.
Təhlilçi Demuri Giorxelidze də müxalif qüvvələrə qadağanın “Gürcü arzusu” üçün asan gediş olacağını gözləmir. Onun sözlərinə görə, 2012-ci ildə bu partiyaya səs verən insanlar onun Saakaşvili və komandasının törətdiyi cinayətlərə görə cəzalandıracağını gözləyirdilər və o zaman buna problemsiz nail olmaq mümkün idi. Ancaq o vaxtdan bəri çox şey dəyişdi.
“Belə şeylər siyasi məqsədəuyğunluq çərçivəsində həyata keçirilə bilməz - bu, qanunun təhqiridir. 2012-ci ildə insanlar yeni hakimiyyətdən yalnız ədalətin bərpasını gözləyirdilər, amma belə bir şey olmadı. İndi cəmiyyət o qədər parçalanıb ki, “Gürcü arzusu”nun tərəfdarları ilə müxalifətin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Öz mədəniyyəti, ölkəsi və qarşıya qoyduğu məqsədlər haqqında vahid qavrayış yoxdur. Onları birləşdirə biləcək heç nə yoxdur”, - ekspert izah edib.
Y. QACAR

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri