Gürcü müxalifət lideri Türkiyədə saxlanıldı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanlı müxalif siyasətçi Zurab Caparidze Türkiyənin hava limanında saxlanılıb. Onun pasportu və baqajı müsadirə edilib, siyasətçinin sabah Gürcüstana qaytarılacağı bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Avropa uğrunda Liberallar və Demokratlar Alyansı (ALDE) məlumat yayıb.
Bildirilib ki, Caparidze Belçikanın paytaxtı Brüsselə gedərkən tranzit məqsədilə Türkiyədə olub. O, “Renew Europe” siyasi ailəsinin liderlərinin sammitində iştirak etmək üçün Brüsselə dəvət edilib.
Məlumata görə, siyasətçi Türkiyədə saxlanıldıqdan sonra kameraya yerləşdirilib və onun oktyabrın 15-də Gürcüstana qaytarılması nəzərdə tutulur.
Zurab Caparidze də sosial şəbəkə hesabında saxlanılması ilə bağlı açıqlama verib.
“Bildirdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişim qadağan edilib. Gürcüstanın rəsmi qurumlarından mənimlə bağlı hansısa məlumat alıblar. Sabah səhər məni Tbilisiyə geri göndərəcəklər”, – deyə o yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















