Icma.az
close
up
RU
“Gürcü arzusu” iqtidarda qalacaq, müxalifət marginallaşacaq” ŞƏRHLƏR

“Gürcü arzusu” iqtidarda qalacaq, müxalifət marginallaşacaq” ŞƏRHLƏR

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Gürcüstan parlamenti 3 siyasi birlikdən olan 49 müxalifət deputatının səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Müvafiq qərarın qəbul edilməsinə onların ötən ilin noyabrında parlamentə təqdim etdikləri səlahiyyətlərinə xitam verilməsi tələbi əsas olub. Oktyabrın 26-da keçirilən seçkilərdə onlar baryeri keçmələrinə baxmayaraq səsvermənin nəticələrini qeyri-legitim adlandırıblar və parlamentin fəaliyyətində iştirak etmirlər.

Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydalar Komitəsinin sədri David Matikaşvili deyib: “Komitə onların mandatlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı yazılı bəyanatını müzakirə edib və dəstəkləyib”.

Müxalifət siyasətçiləri üçün mandatlarının itirilməsi o deməkdir ki, onlar artıq deputat toxunulmazlığı ilə qorunmayacaqlar. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifətdən olan deputatların səlahiyyətlərinə xitam verilməsi ilə bağlı səsvermədən sonra belə bir bəyanatla çıxış edib: “Demokratiyanı və əhalini şantaj etməyə çalışan hər kəsə həmişə ədalətli, konstitusiyaya uyğun, hüquqi cavab veriləcək. Bəziləri seçkinin nəticələrini ləğv etmək, xalqın sözünü rədd etmək fikrində idi. Eyni üsulları, o cümlədən mandatlardan imtinanı görürük. Biz gürcü xalqı adından Konstitusiyaya və demokratiyaya etinasız yanaşmağa imkan verməyəcəyik ki, radikal müxalifət öz daxili və ya xarici havadarlarının köməyi ilə xalqın iradəsini tapdalamağa çalışsın”.

Bəs bundan sonra nə olacaq? Bu, “Gürcü arzusu”nun narazı rəqibləri üzərində müəyyən mərhələli qələbəsi sayıla bilərmi? Bu, səriştəsiz və uğursuz siyasi qərarlarına görə müxalifətin xalqın gözündə nüfuzuna növbəti zərbə demək deyilmi?

Bu barədə tanınmış xarici ekspertlər caliber.az-a fikirlərini bildiriblər. Şərhləri oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələri üzrə Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov hesab edir ki, müxalifətin parlamentdən çıxarılmasının milli maraqlara riayət etmək kursunu açıq şəkildə tutmuş “Gürcü Arzusu”nun (GA) qələbəsi olduğuna şübhə yoxdur.

“Qeyd etmək lazımdır ki, Gürcüstanda müxalifət indi zəifləyib. Üstəlik, biz bilirik ki, Amerikada USAID agentliyinin yardımı hələlik müvəqqəti olaraq dayandırılıb. Müxalifəti dəstəkləyən USAID idi- o cümlədən əvvəlki parlament seçkiləri zamanı, Ermənistandakı etirazçılara dəstək üçün pul göndərən də.

Və buna uyğun olaraq indi müxalifətin ölkə daxilində sabitliyi pozmaq üçün çoxlu rıçaqları yoxdur. Müəyyən qanunvericilik qərarları veriləcək ki, onlar açıq-aşkar parlamenti tərk edən müxalifət nümayəndələrini sevindirməyəcək, amma daha əvvəllər olduğu kimi xalqı ayağa qaldıra bilməyəcəklər. Və əgər “Gürcü Arzusu” partiyası dərhal iqtisadiyyatda dəyişiklik edib əhaliyə fayda verəcək qərarlar qəbul etməyə başlasa, o zaman müxalifətin bütün şüarları puça çıxacaq və müvafiq olaraq təsir imkanlarını daha da zəiflədəcək. Müxalifətin nüfuzu, prinsipcə, artıq çox aşağı düşüb.

Onun verdiyi qərarlar, demək olar ki, işə yaramadı. Müxalifətə dəstək verən gürcü əhalisinin o hissəsi yaxın gələcəkdə məyus olacaq, çünki onun bütün səyləri və faydasız qarşıdurmaya gedən bütün xərcləri yenə də lazımsız oldu.

Xüsusən də nəzərə alsaq ki, müxalifət partiyalarının maliyyəsi azalıb. "Ola bilsin, Avropadan bir qədər pul gələcək"- deyə mərkəzin direktoru hesab edir.

Ekspert hesab edir ki, hər bir halda GA rahatlamamalıdır: “Hazırda Gürcüstanda siyasi vəziyyət donmuş kimi görünür. Yenə də bütün postsovet məkanı ölkələri, xüsusən də Gürcüstan ABŞ administrasiyasından addımlar gözləyir. Və təbii ki, onlar Trampla Putin arasında danışıqları gözləyirlər. Bundan sonra Gürcüstanın hara getməli olduğu bəlli olacaq.

Çünki Gürcüstan rəhbərliyi son vaxtlar Moskva ilə əlaqələrin bərpasına müsbət münasibət nümayiş etdirir. Moskva da burada müəyyən uzaqgörənlik nümayiş etdirsə, o zaman Qərbin bu ölkədə təsiri daha da azalacaq. İstənilən halda, mən hazırda Gürcüstanda xüsusi təlatüm görmürəm. Hakim partiyanı qələbə münasibətilə bir çox Avropa liderləri təbrik ediblər. Zurabişvili heç yerə getmədi. Prinsipcə, xüsusi dəstək yoxdur.

Təbii ki, hansısa nəzarət və ola bilsin ki, sabitliyin pozulması üçün müxalifət yenə də üçüncü qüvvələr tərəfindən dəstəklənəcək, amma əvvəlki miqyasda deyil. Yəni, Maydan texnologiyaları ölməyə başlayır. Bunu Gürcüstanın timsalında da gördük. Ölkənin fəlakətinə səbəb olan Ukrayna münaqişəsi, prinsipcə, bu ölkədə planlaşdırılan Maydan səbəbindən baş vermişdir, bu, gürcülər üçün nümunədir ki, onların ölkələrində oxşar heç bir şey olmasın. Və müvafiq olaraq, Ukraynadakı vəziyyət digər ölkələrə və əvvəllər Maydan texnologiyasını işləyib hazırlayanlara göstərdi ki, bu sxemlər artıq işləmir. Müvafiq olaraq, Gürcüstan müxalifətinin bu istiqamətdə şansı yoxdur. Ola bilsin ki, başqa bir şey tapsınlar, amma hələlik narahat olmaq üçün heç bir səbəb görmürəm. "Gürcüstanda vəziyyət sabitdir".

Politoloq, Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Apxaidze hesab edir ki, çətin siyasi vəziyyət yaranıb.

“Gürcüstanda siyasi böhran artıq elə bir səviyyədədir ki, prinsipcə onu artıq sistemli adlandırmaq olar. Cəmiyyətin qütbləşməsi hakimiyyətə qayıtmaq istəyən bu dağıdıcı müxalifət liderlərinin (Saakaşvili rejiminin tullantıları) və onların himayədarları olan Qərbdəki ultra-liberal qlobalistlərin sayəsində baş verir ki, onlar sadəcə olaraq Gürcüstanda revanşları hər zaman maliyyələşdirib motivasiya ediblər. Artıq vəziyyət o yerə çatıb ki, müxalifət, demək olar ki, obyektiv reallığı, ümumiyyətlə, baş verənləri tamamilə itirib. Onlar gündən-günə reallıqdan uzaqlaşır və bu cür boykotlarla ilk növbədə özlərini marginallaşdırırlar”, - deyə tədqiqatçı bildirir.

Onun sözlərinə görə, “Gürcü arzusu” da qətiyyətli, radikal addımlar atır və müxalifətə bir addım belə geri çəkilməyəcəyini başa salır.

“Yəni, GA geri çəkilməyəcək, əksinə hücuma keçəcək və öz mövqeyini sona qədər qoruyacaq. Prinsipcə, hətta əvvəlcə seçkinin nəticələrini tanıyan, lakin sonradan fikirlərini dəyişən və bəyanatlarına yenidən baxan Qərb strukturları da indi Gürcüstanda daxili siyasi proseslərə hər hansı formada təsir göstərməkdə acizdirlər. Üstəlik də, Trampın artıq heç nəyə qarışmayacağını deməsi fonunda.

Müxalifət özünü belə anlaşılmaz, deyə bilərik ki, bir paradiqmada tapdı. Sonra nə olacaq? Heç nə olmayacaq. Düşünürəm ki, GA hakimiyyətdə qalacaq, onu heç kim devirməyəcək. Ancaq müxalifət tədricən özünü marginallaşdırmağa davam edəcək"- deyə Apxaidze yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri