Icma.az
close
up
RU
Gürcü xəngəlinin qiyməti kəskin bahalaşıb

Gürcü xəngəlinin qiyməti kəskin bahalaşıb

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Gürcüstan xalqının ən sevimli təamlarından biri olan xəngəl, eləcə də pivənin qiyməti yenidən artıb.

Aktual.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin məlumatlarında öz əksini tapıb.

Məlumatlara görə, bu ilin dekabrında, ötən ilin eyni dövrü ilə müqayisədə, restoranlarda xəngəlin qiyməti 12.4%, pivənin isə 11.3% artıb.

Həmin məlumatlara əsasən, hazırlanmasında lazım olan inqrediyentlərin qiymətində hesabat dövründə belə dəyişikliklər olub: mal ətindən çəkilmiş qiymə 3%, mal əti 2.3%, göyərti isə 117.5% bahalaşıb, soğan 8.8% artıb; un 0.8%, donuz əti isə 1.5% ucuzlaşıb.

Bundan əlavə, statistik məlumatlara görə, restoranlarda nahar 4% bahalaşıb. Həmçinin, dekabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə, çörəkxanalarda xaçapuri 3%, kafelərdə xaçapuri 4%, qəhvə isə 6% bahalaşıb.

Qeyd edək ki, Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə inflyasiya səviyyəsi Gürcüstanda 0.7%, illik inflyasiya isə 1.9% təşkil edib. Həmin statistikaya əsasən, baza inflyasiya göstəricisi 2024-cü ilin dekabrında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.3%, tütün məhsulları istisna olmaqla illik baza inflyasiya göstəricisi də 2.3% olub.

Məhsullar arasında, ötən ilin dekabrı ilə müqayisədə ən çox bahalaşan göyərti olub - 117.5%. Həmçinin, sarımsaq 46.3% və badımcan 46% artıb.

Xidmətlər arasında isə həmin dövrdə rəngsaz xidmətləri (20%), avtomobil yuyulması (15.5%) və sağlamlıq sığortası (13%) bahalaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri