Icma.az
close
up
RU
Gürcülər Azərbaycanda istehsal olunan süddə zəhərli maddə tapdılar Təfərrüat

Gürcülər Azərbaycanda istehsal olunan süddə zəhərli maddə tapdılar Təfərrüat

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Gürcüstan Milli Qida Agentliyinin müfəttişləri ölkənin aparıcı şirkətlərindən biri olan “Vimm-Bil-Dan Georgia” MMC-yə (qeydiyyat nömrəsi 204546553) dövlət nəzarəti həyata keçirib.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yoxlama nəticəsində “Vimm-Bil-Dan Georgia” MMC-nin Azərbaycandan idxalı etdiyi süd məhsullarında  “M1 aflatoksin”i aşkar olunub və 5 növdə süd məhsulları bazardan geri çağırılıb.
Tərkibində “M1 aflatoksin”i aşkar olunan süd məhsulları aşağıdakılar olub:
- Ultra pasterizə edilmiş körpə içməli südü – 2,5% yağlı - istehsal tarixi: 04.02.2025. İstifadə müddəti 03.08.2025-ci ilə qədər;
- Seçilmiş ultra pasterizə edilmiş içməli süd, 1,5% yağ – istehsal tarixi: 12.02.2025. İstifadə müddəti 11.08.2025-ci ilə qədər;
- Seçilmiş ultrapasterizasiya edilmiş içməli süd, 1,5% yağ – istehsal tarixi: 10.02.2025. İstifadə müddəti 09.08.2025-ci ilə qədər;
- Seçilmiş ultra pasterizə edilmiş içməli süd, 2,5% yağ – istehsal tarixi: 02/09/2025. İstifadə müddəti 08.08.2025-ci ilə qədər;
- Seçilmiş ultrapasterizasiya edilmiş içməli süd, 3,2% yağ – istehsal tarixi: 02.02.2025. İstifadə müddəti 01.08.2025-ci ilə qədər.
“M1 aflatoksin” 1-ci dərəcəli karsinogenlər siyahısına daxil edilib
Məlumat üçün bildirək ki, “M1 aflatoksin” (AFM1), “B1 aflatoksin”in (AFB1) metabolitidir və əsasən süd və süd məhsullarında rast gəlinir. AFB1 qarğıdalı, fındıq, yerfındığı və digər taxıl məhsullarında olan küf göbələkləri (“Aspergillus flavus” və “Aspergillus parasiticus”) tərəfindən istehsal olunur. Bu maddə heyvanlar tərəfindən qəbul edildikdən sonra onların qaraciyərində AFM1-ə çevrilir və süd vasitəsilə xaric edilir. AFM1-in insan sağlamlığı üçün təhlükəli olduğu bildirilir, çünki o, karsinogen (xərçəng törədici) xüsusiyyətlərə malikdir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) AFM1-i 1-ci dərəcəli karsinogenlər siyahısına daxil edib, yəni insanlarda xərçəngə səbəb ola biləcəyi sübut olunub.
Bu toksin əsasən süd, pendir və digər süd məhsullarında müşahidə olunduğuna görə, qida təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Bu maddənin miqdarını tənzimləmək üçün bir çox ölkədə süd və süd məhsullarında müəyyən limitlər qoyulur.
Tərkibində “M1 aflatoksin”ı olan südləri Azərbaycanda kim istehsal edir?
“Vim-Bil-Dan” şirkəti Rusiyanın aparıcı şirkətlərindən hesab olunur. 1992-ci ildən fəaliyyət göstərn şirkət Rusiyanın aparıcı süd məhsulları istehsalçılarından biridir. "Vim-Bil-Dan" şirkəti müxtəlif süd məhsulları, yoqurtlar və şirələr istehsal edir. "Vim-Bil-Dan" 2010-cu illərin əvvəllərinə qədər əsasən rusiyalı sahibkarlara məxsus idi. Lakin 2010-cu ildə Fransanın "Danone" şirkəti səhmlərin əhəmiyyətli hissəsini satın alaraq, şirkətin nəzarət paketinə sahib olub. Daha sonra – 2011-ci ildə isə ABŞ-nin “PepsiCo” şirkəti "Vim-Bil-Dan"ın səhmlərini satın alıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Vimm-Bil-Dan" şirkətinin 2 fililalına Azərbaycanda süd və süd məhsullarının emalına icazə verib. AQTA 14 dekabr 2023-cü il tarixində "Vimm-Bil-Dan"ın “Çariçina” fililalına (hüquqi ünvanı Moskva şəhərində yerləşir), 12 fevral 2024-cü il tarixində isə “Baltiyskoe” filialına (hüquqi ünvanı Sankt Peterburq şəhərində yerləşir) emal üçün icazə verib. "Vim-Bil-Dan" şirkəti Azərbaycanda emal etdiyi süd məhsullarını Gürcüstana da ixrac edir.
Onu da bildirək ki, "Vimm-Bil-Dan" şirkəti məşhur “Esentuki” mineral sularının və “Çudo” süd məhsullarının da istehsalçısıdır.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri