Gürcüstan Avropanın Qafqaza gəlməsini istəmir
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının Cənubi Qafqazda genişlənmək niyyətinin nə dərəcədə ciddi olduğunu sual altına alıb.
Modern.az xəbər verir ki, nazir bu barədə açıqlamasında Gürcüstanın Avropa İttifaqı üçün əhəmiyyətli ölkə olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstan qitələrarası keçid baxımından strateji mövqedə yerləşir və iqtisadi artım göstəricilərinə görə regionda diqqət çəkir. Nazir ölkənin ümumi daxili məhsulunun illik təxminən 8 faiz artdığını qeyd edib.
“Avropa genişlənmək istəyir, lakin onun regionda iştirak təcrübəsi yoxdur”, - deyə Maka Boçorişvili bildirib.
Gürcüstanın xarici işlər naziri Avropadakı tərəfdaşlarını Tbilisi ilə dialoqa getməyə və Gürcüstana hörmət nümayiş etdirməyə çağırıb.
Boçorişvilinin sözlərinə görə, Tbilisinin əsas məqsədi qonşu ölkələrlə münasibətlər və beynəlxalq öhdəliklər arasında balans yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 17 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















