Icma.az
close
up
RU
Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub YENİLƏNİB

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub YENİLƏNİB

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.

Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.

Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər. 

***

13:48

Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilir.

Adalet.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, iclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb. O, üçtərəfli görüşün keçirilməsinin Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək üçün səmimi istəyinin göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq zamanda son dərəcə zəruridir.

Məlumatda qeyd edilib ki, qapalı formatda keçirilən görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşməkdir.

“Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və ya onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir. Görüşdən əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında məsləhətləşmələr aparılıb, bu zaman üç ölkənin xarici işlər nazirlikləri arasında üçtərəfli görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb”, - məlumatda qeyd edilib.

***

11:54

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin üçtərəfli görüşü keçirilir.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğun bildirilir.

"Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq", - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri