Gürcüstan DİN başçısı: Tbilisidə etirazçılara qarşı zəhərli maddədən istifadə edilməyib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisidə etirazçılara qarşı kamit adlanan qadağan edilmiş kimyəvi maddənin tətbiq olunması ilə bağlı iddialar tamamilə absurd və yalandır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Geka Geladze jurnalistlərə açıqlamasında deyib.
Nazir rəhbərlik etdiyi qurumun kamit maddəsini heç vaxt tədarük etmədiyini bildirib.
“DİN etirazlar zamanı sağlamlıq üçün təhlükəli heç bir maddə istifadə etməyib. Müxtəlif etiraz aksiyalarının dağıdılması zamanı istifadə olunan bütün maddələr müxtəlif iri şirkətlərdən qanuni yolla alınıb”, - Geladze əlavə edib.
Qeyd edək ki, BBC telekanalı hazırladığı materialda ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında zəhərli kimyəvi maddələrdən istifadə olunduğunu iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 02 Dekabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















