Icma.az
close
up
RU
Gürcüstan DTX ölkəyə dövlət çevrilişi üçün gətirilmiş çoxlu sayda silah sursat aşkar edib

Gürcüstan DTX ölkəyə dövlət çevrilişi üçün gətirilmiş çoxlu sayda silah sursat aşkar edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat məlumatı əsasında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xeyli sayda odlu silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, iş materiallarına görə, Ukraynada fəaliyyət göstərən və çoxsaylı sübutlarla təsdiqlənən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. çoxlu sayda odlu silah, sursat və partlayıcı maddələr alıb. Oktyabrın 4-də mütəşəkkil dəstə zorakı yolla Tbilisidə Prezident Sarayını ələ keçirməli, eyni zamanda paralel olaraq, sözügedən sursatlardan istifadə edilməklə təxribatlar həyata keçirilməli idi.

DTX əməkdaşlarının həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində, sözügedən döyüş sursatı və partlayıcı maddələri Tbilisinin mərkəzinə çatdırmalı olan dəstənin bəzi üzvləri zərərsizləşdirilib.

Xüsusi anbarda tapılan odlu silah, döyüş sursatı və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilibmiş.

B.Ç.-nin əmri ilə detonatoru işə sala biləcək pult düzəldən şəxs də müəyyən edilərək DTX-yə gətirilib və onunla bağlı istintaq hərəkətləri aparılır.

B.Ç. barəsində axtarış elan ediləcək. Bu gün səhər saatlarında onun mənzilində axtarış aparılıb, oradan Gürcüstanda olarkən istifadə etdiyi telefonu götürülüb. Telefonun yoxlanılması nəticəsində əsas sübutlardan biri - bir neçə videoçəkiliş götürülüb, burada B.Ç. hələ istintaq tərəfindən müəyyən edilməmiş şəxsə aldığı silah və sursatları göstərir və məsələ ilə bağlı bir növ hesabat verir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi/tutulması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri