Icma.az
close
up
RU
Gürcüstan hakimiyyətinin sabitliyi qorumaq addımları

Gürcüstan hakimiyyətinin sabitliyi qorumaq addımları

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisidə müxalifət partiyalarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yürüş keçirilib. Buna səbəb 5 müxalifət partiyasının fəaliyyətinin qadağan olunması ilə bağlı məhkəmə prosesidir. Hakimiyyət bu addımı dövlət təhlükəsizliyinin və konstitusiya quruluşunun qorunması ilə əsaslandırır. Müxalifət isə məhkəmə işini siyasi rəqiblərin sıradan çıxarılması cəhdi kimi qiymətləndirir. Noyabrın 28-nə planlaşdırılan genişmiqyaslı aksiya ölkədə siyasi gərginliyin yaxın vaxtlarda səngiməyəcəyindən xəbər verir.

Gürcüstan Konstitusiya Məhkəməsi oktyabrın 21-də hakim “Gürcü arzusu” partiyasının 88 deputatının müraciəti əsasında 5 müxalifət partiyasının fəaliyyətinin qadağan olunması ilə bağlı işə baxmağa başlayıb. İddia “Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxariya Gürcüstan naminə” partiyalarını əhatə edir. Hələlik bu partiyaların fəaliyyəti davam edir. Məhkəmənin yekun qərarının ən geci 2027-ci ilin iyun ayınadək veriləcəyi gözlənilir.

Bu məhkəmə işi son illər dərinləşən siyasi qarşıdurmanın növbəti mərhələsidir. 2024-cü il parlament seçkilərində bu qüvvələrdən 4-ü birlikdə səslərin 38 faizini toplayıb. Seçkilərdən sonra 3 müxalifət birliyi nəticələri tanımadığını bildirərək parlamentdə fəaliyyət göstərməkdən imtina edib. Keçmiş baş nazir Giorgi Qaxariyanın partiyası isə parlamentdə fəaliyyətini davam etdirib.

Hakimiyyətin mövqeyinə görə, həmin qüvvələr seçkilərin nəticələrini qəbul etməməklə kifayətlənmir, həm də hakimiyyətin legitimliyini şübhə altına alır və ölkədə qarşıdurmanı artırırlar. Baş nazir İrakli Kobaxidze bildirib ki, konstitusiya quruluşunu qeyri-legitim elan edən və onu devirməyə çalışan şəxslərə qarşı hüquqi tədbirlər görülməlidir. “Gürcü arzusu”nun əsas arqumentlərindən biri də dövlət təhlükəsizliyidir. Hakim partiya hesab edir ki, mürəkkəb regional şəraitdə Gürcüstan ehtiyatlı siyasət yürütməli, xarici təzyiqlərə boyun əyməməli və yeni müharibə riskindən uzaq durmalıdır. Rusiya ilə mümkün yeni qarşıdurma təhlükəsi 2024-cü il seçkilərində də hakimiyyətin əsas mesajlarından biri olub. Bu baxımdan, “Gürcü arzusu” indiki addımlarını siyasi rəqiblərlə mübarizə deyil, dövlətin təhlükəsizliyini və konstitusiya quruluşunu qorumaqla əsaslandırır.

Məhkəməyə təqdim olunan iddiada da müxalifət partiyaları konstitusiya quruluşunu zorla dəyişməyə cəhddə, seçilmiş hakimiyyət orqanlarının legitimliyini tanımamaqda və Gürcüstana qarşı xarici sanksiyalara çağırışlarda ittiham olunurlar. Sabiq prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə baş vermiş insan hüquqları pozuntuları və 2008-ci ilin avqust müharibəsi ilə bağlı hadisələr də iddiada yer alıb.

Müxalifət partiyaları isə fərqli fikirlər irəli sürürlər. Onlara görə, məhkəmə prosesi, əslində, 2028-ci il parlament seçkiləri ərəfəsində əsas rəqiblərin zəiflədilməsinə hesablanıb. İddia təmin olunarsa, partiyalar qanuni fəaliyyət imkanlarını itirəcək, onların üzvləri isə deputat toxunulmazlığından məhrum olacaqlar. Bu, onlara qarşı cinayət işlərinin başlanması üçün hüquqi imkan yaradır.

Konstitusiya Məhkəməsində ilk dinləmələr olub. Spiker bu barədə deyib: “Konstitusiya Məhkəməsinin iclasları zamanı qanunazidd fəaliyyət göstərən partiyaların səsləndirdiyi mövqenin özü bizim iddiamızı təsdiqləyir. Onlar bildirirlər ki, məhkəmə müstəqil deyil və ona artıq hansı qərarı qəbul etməli olduğu əvvəlcədən göstəriş verilib. Bununla da ittihamlarımızdan birini təsdiqləyirlər: konstitusiya orqanlarının legitimliyini tanımırlar, bu da demokratiyanı qəbul etməməyin əsas əlamətidir”. Onun fikrincə, müxalifətin belə bəyanatları iddiaçıların arqumentlərini daha da gücləndirir. Parlamentin sədri, həmçinin müxalifət partiyalarını məhkəmə prosesini əsassız vəsatətlərlə, o cümlədən məhkəmə heyətinin bütövlükdə və ayrı-ayrı hakimlərin prosesdən kənarlaşdırılması tələbləri ilə uzatmağa çalışmaqda ittiham edib.

Məhkəmə prosesi fonunda müxalifət küçə etirazlarını genişləndirməyə hazırlaşır. “Dəyişikliklər Koalisiyası”nın lideri Nika Qvaramiya noyabrın 28-nə böyük aksiya planlaşdırıldığını bildirib və bunu yeni etiraz dalğasının başlanğıcı adlandırıb. Bu tarixin xüsusi siyasi mənası var. 2024-cü il noyabrın 28-də baş nazir İrakli Kobaxidze Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək gündəmə gətirilməyəcəyini açıqlamış, bu qərar ölkədə kütləvi etirazların yeni mərhələsinə səbəb olmuşdu. Etirazlar daha əvvəl – 2024-cü ilin yazında “xarici agentlər” haqqında qanuna qarşı başlamış, parlament seçkilərindən sonra daha da genişlənmişdi. İndi müxalifət noyabrın 28-ni yenidən genişmiqyaslı aksiyalar üçün siyasi simvola çevirməyə çalışır.

Daxili siyasi qarşıdurma Gürcüstanın Aİ ilə münasibətlərinə də təsir edir. Ölkə 2023-cü ildə Aİ-yə namizəd statusu alsa da, sonra tərəflər arasında gərginlik artıb. “Xarici agentlər” və ailə dəyərləri haqqında qanunlar, Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və hakimiyyətin siyasi kursu Brüsselin tənqidlərinə səbəb olub. Avropa Parlamenti 5 müxalifət partiyasının qadağan olunması ilə bağlı iddianın geri götürülməsini tələb edib. Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand isə məhkəmə prosesini hüquq sistemindən siyasi məqsədlərlə istifadə olunması və əsas azadlıqlar üçün təhlükə kimi qiymətləndirib. Avroparlamentdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Tbilisinin meri Kaxa Kaladze də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərə qarşı fərdi sanksiyaların tətbiqinə çağırışlar səsləndirilib.

Məhkəmə müxalifət partiyalarının qadağan olunması barədə qərar qəbul edərsə, 2028-ci il parlament seçkilərində onların imkanları zəifləyəcək, hakim “Gürcü arzusu”nun mövqeyi isə güclənəcək. Bununla belə, müxalifət yeni partiyalar yaradaraq və ya başqa adlar altında seçkilərə qatılaraq siyasi mübarizəni davam etdirə bilər. Lakin mövcud təşkilatların itirilməsi onların maliyyə imkanlarını, təşkilatlanmasını və seçicilərlə əlaqələrini ciddi şəkildə çətinləşdirəcək.

Gürcüstanlı siyasi icmalçı Vüqar İsayev hesab edir ki, ölkə hazırda dövlət təhlükəsizliyi, siyasi sabitlik və Avropaya inteqrasiya arasında mürəkkəb seçim qarşısındadır. Onun sözlərinə görə, hakimiyyətin əsas arqumenti ölkənin suverenliyini və konstitusiya quruluşunu qorumaqdır. İsayevin fikrincə, qarşıdurmanın gələcək istiqaməti həm noyabrın 28-də keçiriləcək aksiyanın gedişindən, həm də məhkəmənin qərarından asılı olacaq: “Gürcüstan üçün əsas məsələ dövlət təhlükəsizliyini qorumaqla siyasi rəqabət arasında tarazlıq yaratmaqdır. Hakimiyyət atdığı addımların hüquqi əsaslarını cəmiyyətə aydın şəkildə göstərməli, müxalifət isə siyasi mübarizəni qanuni çərçivədə aparmalıdır. Noyabrın 28-də keçiriləcək aksiya və məhkəmənin yekun qərarı ölkədə siyasi vəziyyətin gələcəyinə təsir edəcək. Çünki uzunmüddətli sabitlik yalnız təhlükəsizlik tədbirləri ilə deyil, qanunun aliliyi və dövlət institutlarına etimadla təmin oluna bilər”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri