Gürcüstan məktəblərində vahid geyim forması tətbiq olunacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Növbəti dərs ilindən etibarən Gürcüstanın bütün dövlət məktəblərində I-VI sinif şagrdləri üçün vahid geyim forması məcburi olacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ümumi təhsil sahəsində islahatları təqdim edərkən bildirib.
O qeyd edib ki, sosial cəhətdən həssas ailələrə formalarla bağlı dövlət dəstəyi göstəriləcək.
Mikanadze həmçinin deyib ki, məktəbdə dərslər zamanı mobil telefonların istifadəsinə qadağanın tətbiqi planlaşdırılıb.
“Bununla bağlı müvafiq qayda hazırlanacaq. Əlbəttə ki, həm təhsil prosesinə zərərin dəyməməsi, həm də uşağın valideynləri ilə ünsiyyət hüququnun pozulmaması üçün balans maksimum dərəcədə qorunacaq”, - nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















