Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib.

"Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarlar ittifaqları isə təxminən 1,6 milyon nəfər göstərib. Etirazçılar əməkhaqqılarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, təhsil sisteminə daha çox vəsait ayrılmasını və yaşayış xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb ediblər.

Parisdə nümayişlər iğtişaşlara çevrilib, polis gözyaşardıcı qazdan istifadə edib. Hakimiyyət ictimai asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm cəlb edib. Aksiyalar ictimai nəqliyyatın və məktəblərin fəaliyyətində də fasilələrə səbəb olub.

Qeyd edək ki, etirazlar sentyabr ayında başlayıb. Sonradan bahalaşma, aşağı əməkhaqqıları və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi ilə bağlı narazılıqlar da aksiyalara əlavə olunub.

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu etiraz aksiyaları Emmanuel Makron hakimiyyətə gəldikdən sonra mütəmadi olaraq davam edir:

"Lakin son dövrlərdə etirazlar daha geniş miqyas alıb və ciddi nəticələrə səbəb olur. Ölkə daxilində baş verən etirazlar, iğtişaşlar və bir sıra xaotik proseslər artıq Fransanı dünyanın diqqət mərkəzinə gətirib. Bu, yalnız Fransa ilə bağlı məsələ deyil. Uzun illər, hətta onilliklər ərzində Avropanın yürütdüyü siyasətin məntiqi nəticəsidir. Həmin siyasət bu gün bumeranq effekti yaradaraq Avropanın özünə, ayrı-ayrı dövlətlərinə təsir göstərir. Hazırda təkcə Fransada deyil, Almaniya, İtaliya və digər Avropa ölkələrində də zaman-zaman bu cür etirazların şahidi oluruq. Ona görə də hesab edirəm ki, bu, ümumilikdə Avropanın ciddi problemidir. Bununla belə, Fransada etirazların yaranmasının spesifik səbəbləri də var. İnsanlar uzun müddətdir sosial qanunvericilikdə dəyişikliklərin aparılması, həyat şəraitinin və sosial rifahın yaxşılaşdırılması, əməkhaqlarının və pensiyaların artırılması, eləcə də digər məişət problemlərinin həlli ilə bağlı tələblər irəli sürürlər. Lakin hələlik hökumətin və müvafiq dövlət qurumlarının etirazçılarla danışıqlara getməsi, onların səslərini eşitməsi istiqamətində ciddi addımların şahidi olmuruq”.

Analitik qeyd edib ki, əksinə, dünyanın müxtəlif dövlətlərində insanların etirazlarına münasibətdə tolerantlıq, dözümlülük və dialoq yolu ilə problemlərin həllini tələb edən Fransa özü öz vətəndaşlarının haqlı etirazlarına dəyənəklə, polis gücü ilə, silah və digər inzibati vasitələrlə cavab verir:

"Təbii ki, bu, problemin həlli yolu deyil. Söhbət 5-10 və ya 15 min insandan getmir. Etirazlarda yüz minlərlə, hətta milyonlarla insan iştirak edir. Bu qədər insanın narazılığına güc yolu ilə cavab vermək heç vaxt problemin həllinə gətirib çıxarmayacaq.

Hazırkı mərhələdə Fransa hakimiyyəti bu problemin köklü xarakter daşımadığı, sadəcə epizodik olduğu və zamanla aradan qalxacağı görüntüsünü yaratmağa çalışır. Lakin görünən odur ki, bu, keçici və epizodik problem deyil. Əksinə, ölkə daxilindəki xaotik proseslərin getdikcə dərinləşdiyini göstərir.

Bu baxımdan Avropada məsələyə ümumi yanaşma dəyişməlidir”.

Xəyal Bəşirovun fikrincə, Avropa İttifaqına üzv dövlətlər, xüsusilə də bu gün Avropada söz və nüfuz sahibi olan ölkələr proseslə bağlı fərqli mövqe nümayiş etdirməlidirlər:

"Eyni zamanda, Fransaya da bu istiqamətdə ciddi çağırışlar edilməlidir. Çünki biz bu ölkənin həm daxili, həm xarici siyasətində, eləcə də Avropa İttifaqı daxilindəki fəaliyyətində uğursuzluqların şahidi oluruq.

Bütün bunlar problemin kompleks və sistemli yanaşma tələb etdiyini göstərir. İnsanlarla, etirazçılarla danışıqlara üstünlük verilməsə, dialoq yolu ilə problemlərin həllinə çalışılmasa, böhran getdikcə daha da dərinləşəcək. Bu isə ölkədə ciddi siyasi və sosial böhrana, hətta hökumətin dəyişməsinə gətirib çıxara bilər. Lakin hökumət dəyişsə belə, etirazların və narazılıqların səngiməyəcəyi ehtimalı da var. Hesab edirəm ki, Fransa hakimiyyəti bu ehtimalı daha ciddi şəkildə nəzərə almalıdır”.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri